4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İRİA-nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir. Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutub. Mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, o cümlədən Naxçıvandan olan startap qurucuları iştirak ediblər.

1 Oktyabr 2025 17:02
İRİA-nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb

BAKI, AzerVoice, Nailə Babazadə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir. Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutub. Mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, o cümlədən Naxçıvandan olan startap qurucuları iştirak ediblər.

AzerVoice xəbər verir ki,tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədri Fərid Osmanov Naxçıvan İnnovasiya Mərkəzinin yaradılmasını regional innovasiyaların genişlənməsində mühüm mərhələ olduğunu vurğulayıb: “Bakı və Sumqayıtdan sonra artıq Naxçıvanda da belə bir mərkəzin təsis edilməsi innovasiya infrastrukturunun əlçatanlığının təmin edilməsi baxımıdan bu bölgə üçün əhəmiyyətli hadisədir. Bu mərkəz sadəcə ofis məkanı deyil, burada startaplar müxtəlif inkişaf proqramlarında iştirak etmək, mentor dəstəyi almaq, investorlarla görüşlər keçirmək və tədbir təşkil etmək imkanından faydalana biləcəklər. Burada innovasiya mədəniyyəti formalaşıb genişlənəcək”.

Tədbirin salamlama hissəsində, həmçinin Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış ediblər. Onlar İRİA-nın bölgələrdə ekosistem quruculuğu sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər və Naxçıvan İnnovasiya Mərkəzinin açılışını ətraf bölgələrdən olan innovativ düşüncəli gənclər üçün yeni perspektivlər yaradacağını diqqətə çatdırıblar.

Daha sonra İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin Hacıyev Naxçıvan İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib. O bildirib ki, Mərkəzdə müasir texnoloji həllərin hazırlanması və sınaqdan keçirilməsini mümkün edən Aparat və Proqram Təminatı Laboratoriyası, ideyaların prototiplərə və praktik layihələrə çevrilməsi istiqamətində Texnologiya və Mühəndislik Laboratoriyası fəaliyyət göstərəcək. Bundan əlavə, innovatorlar, tələbələr və ümumiyyətlə innovasiya ilə maraqlanan hər kəs üçün əməkdaşlıq və ortaq fəaliyyət mühitini yaradan kovörkinq və tədbir məkanları istifadəyə veriləcək.

Tədbirin yekununda Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli Naxçıvan Dövlət Universitetinin innovasiya ekosisteminin quruculuğu fəaliyyətləri haqqında ətraflı təqdimatla çıxış edib.

İRİA-nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb İRİA-nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb İRİA-nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb
Məqalədə: #Naxçıvan #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #innovasiya idarəetmə sertifikatı #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA)

Mövzu üzrə digər xəbərlər

Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova
Rəy

Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

12 Avqust 16:49
Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı vacib məlumat
Cəmiyyət

Azərbaycan Hava Yollarından Naxçıvan reysləri ilə bağlı vacib məlumat

6 İyul 17:41
AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib
Cəmiyyət

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

18 İyun 22:30
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb
Cəmiyyət

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

17 İyun 18:18

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.