İRİA-nın dəstəyi ilə Naxçıvan İnnovasiya Mərkəzi yaradılıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir. Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin açılışı baş tutub. Mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, o cümlədən Naxçıvandan olan startap qurucuları iştirak ediblər.
Türkiyənin texnologiya nəhəngi HAVELSAN beynəlxalq sertifikat alıb
Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən HAVELSAN, innovasiya idarəçiliyində beynəlxalq standartlara uyğunluğunu təsdiqləyərək “TS EN ISO 56001 Innovasiya İdarəetmə Sistemi” sertifikatı ilə təltif edilib.