8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

Tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) sərgidə öz stendi ilə təmsil olunub və ziyarətçilərə “GAIA” və “Awero” adlı yerli innovativ məhsullar təqdim edilib. Hər iki həllin funksionallığı və praktiki tətbiq imkanları nümayiş etdirilib.

11 Oktyabr 2025 11:06
İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

BAKI,AzerVoice

9–10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində ölkənin ən nüfuzlu kibertəhlükəsizlik tədbirlərindən biri - Cyber Incident Defence Challenge (CIDC 2025) ikinci dəfə təşkil olunub.

AzerVoice xəbər verir ki, yarış Azərbaycanın ən güclü kibertəhlükəsizlik komandalarını bir araya gətirərək, real hücum və müdafiə ssenariləri əsasında qurulmuş kibermüharibə yarışında onların bacarıqlarını sınayıb.

Tədbir çərçivəsində kibertəhlükəsizlik həlləri sərgisi keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) sərgidə öz stendi ilə təmsil olunub və ziyarətçilərə “GAIA” və “Awero” adlı yerli innovativ məhsullar təqdim edilib. Hər iki həllin funksionallığı və praktiki tətbiq imkanları nümayiş etdirilib.

CIDC 2025-in proqramına həmçinin panel müzakirələr daxil olub. “Kibercinayətkarlar üçün yeni oyun meydançası: Ağıllı şəhərlər” adlı paneldə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxış edərək “ağıllı şəhər” infrastrukturunun kibertəhlükəsizlik çağırışları və qabaqcıl müdafiə modelləri barədə fikirlərini bölüşüb.

CIDC 2025 çərçivəsində baş tutan kibermüharibə yarışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iki komandası uğurla iştirak edib. İRİA-nın əməkdaşlarından ibarət “Digital Rangers” komandası və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Dopamine” komandası yarışın finalında ilk onluqda qərarlaşıb.

AKM-in tədbirdə iştirakı kibertəhlükəsizlik sahəsində həm yerli, həm də beynəlxalq tərəfdaşlıqların qurulması, əməkdaşlıqların möhkəmləndirilməsi və Azərbaycanın kibertəhlükəsizlik potensialının beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb
Məqalədə: #Bakı #Bakı Konqres Mərkəzi #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #İRİA #AKM #Kibercinayətkarlar üçün yeni oyun meydançası: Ağıllı şəhərlər #Cyber Incident Defence Challenge (CIDC 2025)

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47

Son Xəbərlər

BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.