5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.

27 Oktyabr 2025 13:09
Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib

BAKI,AzerVoice

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərində daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.

AzerVoice xəbər verir ki, 2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 380 marşrut reysi üzrə müsabiqələr keçirilib. Bu dövr ərzində “Neoplan”, “Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County” markalı 115 müasir avtobus şəhərlərarası daşımalara

cəlb edilib. Bu isə Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının 35%-ni təşkil edir.

Avtobuslardan 24-ü 2023, 38-i 2024, 53-ü isə 2025-ci ildə istismara buraxılıb.

Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.

Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96%-i “biletim.az” portalına qoşulub. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Məqalədə: #Azərbaycan #Bakı #AYNA #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) #sərnişindaşıma xidməti #marşrut xətləri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.