4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Pediatriyada Refleksoterapiya” layihəsinin təlimləri başa çatıb

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimlərini uğurla yekunlaşdırıb.

30 Oktyabr 2025 16:08
“Pediatriyada Refleksoterapiya” layihəsinin təlimləri başa çatıb

BAKI,AzerVoice

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimlərini uğurla yekunlaşdırıb.

AzerVoice xəbər verir ki, layihə çərçivəsində iştirakçılar üçün ümumilikdə 16 təlim keçirilib.

Layihənin əsas məqsədi – əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində anaların bilik və bacarıqlarını artırmaq, onları alternativ və tamamlayıcı terapiya üsullarından biri olan refleksoterapiya ilə tanış etmək olub.

Təlimlər zamanı iştirakçı analara refleksoterapiya haqqında ümumi anlayışlar, bu sahədə istifadə olunan cihaz və alətlər, uşaq sağlamlığında refleksoterapiyanın rolu, refleksoterapiya metodları və onların tətbiqi qaydaları barədə ətraflı məlumat verilib.

Eyni zamanda, refleksoterapiyanın uşaqlarda ağrıların azaldılması, immun sisteminin möhkəmləndirilməsi, stres və narahatlığın aradan qaldırılması kimi müsbət təsirləri barədə praktiki biliklər təqdim olunub.

Təlimlərdə iştirak edən analar yalnız nəzəri biliklərlə kifayətlənməyib, həm də praktik məşğələlərdə iştirak edərək refleksoterapiya texnikalarının tətbiqini yerində öyrəniblər. Bu, onların öz övladlarının reabilitasiya prosesinə daha fəal şəkildə qoşulmasına şərait yaradıb.

Sonuncu təlim günündə iştirakçıların bilikləri yoxlanılıb, layihənin ümumi qiymətləndirilməsi aparılıb. Təlimçi tərəfindən keçirilən mövzulara aid suallar cavablandırılıb və sonda iştirakçılara sertifikatlar təqdim olunub.

“Pediatriyada Refleksoterapiya” layihəsinin təlimləri başa çatıb “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimləri başa çatıb “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimləri başa çatıb “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimləri başa çatıb “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimləri başa çatıb
Məqalədə: #Azərbaycan #Bakı #təlim #Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi #Əlilliyi olan şəxslərə sosial dəstək İctimai Birliyi #Pediatriyada Refleksoterapiya

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.