9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Tbilisidə Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığının inkişafı müzakirə olunub

Tbilisidə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi” layihəsi üzrə Nazirlər/Rəhbər Komitənin 11-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

14 Noyabr 2025 15:27
Tbilisidə Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığının inkişafı müzakirə olunub

BAKI,AzerVoice

Tbilisidə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi” layihəsi üzrə Nazirlər/Rəhbər Komitənin 11-ci iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və qarşılıqlı etimadın uzunmüddətli tərəfdaşlığın əsasını təşkil etdiyi və hər iki ölkə liderlərinin münasibətlərinin birgə layihələrin uğurla icrasına və qarşılıqlı faydalı nəticələrin əldə olunmasına zəmin yaratdığı vurğulanıb. Çoxşaxəli ikitərəfli enerji əməkdaşlığının Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas sütunlarından olduğu və ölkəmizin Gürcüstanın enerji ilə təchizatında bir nömrəli tərəfdaşı olaraq qaldığı qeyd edilib. İndiyə qədər SOCAR tərəfindən Gürcüstana yatırılan 2 milyard ABŞ dollarından çox investisiya, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənub Qaz Dəhlizi layihələri, karbohidrogen və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq enerji əlaqələrinin töhfələri kimi dəyərləndirilib.

Görüş zamanı qaz və elektrik enerjisinin tədarükü, tranziti, SOCAR-ın Gürcüstanda fəaliyyətini genişləndirməsindən irəli gələn məsələlər, habelə planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb. Enerji tərəfdaşlığının yeni layihələrlə möhkəmləndirilməsinin hər iki ölkə üçün prioritet olduğu bildirilib. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Azərbaycan, Gürcüstan və Avropa arasında yeni enerji əlaqəsi kimi strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, “Qara dəniz sualtı kabel layihəsi” və “Yaşıl Enerji Dəhlizi” paralel inkişaf etdirilir və hər iki layihə arasında koordinasiyanın gücləndirilməsi iştirakçı dövlətlər və şirkətlər arasında əməkdaşlığı artırmaqla icra prosesinin effektivliyini təmin etməyə, hər iki layihənin Avropa İttifaqı və maliyyə institutlarından maksimum dəstək qazanmasına imkan yarada bilər. Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əlaqəsini və ticarətini genişləndirməyə xidmət edən interkonnektorun da texniki-iqtisadi əsaslandırma tədqiqatının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Məqalədə: #Azərbaycan #Bakı #Macarıstan #Rumıniya #Gürcüstan #Pərviz Şahbazov #Tbilisi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14

Son Xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Əmidi
12:45
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.