12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondu avropa gündəmində

15 noyabr 2025-ci il tarixində Polşaya rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Radio Wnet-ə geniş müsahibə verib. Xanım A.Raimkulova xatırladıb ki, Fond 2012-ci ildə Azərbaycanın Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. O, mədəni diplomatiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, Fond Polşa, Litva və Rumıniya kimi ölkələrdə yaşayan Türk icmaların irsinin araşdırılması və qorunmasına xüsusi önəm verir. Səfəri çərçivəsində Fond rəhbəri məhsuldar görüşlərin keçirildiyi Belostok şəhərini də ziyarət edib.

17 Noyabr 2025 15:03
Türk Mədəniyyəti və İrsi Fondu avropa gündəmində

BAKI,AzerVoice

15 noyabr 2025-ci il tarixində Polşaya rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Radio Wnet-ə geniş müsahibə verib.

AzerVoice xəbər verir ki, müsahibə zamanı o, Fondun əsas fəaliyyət istiqamətləri, Türk dünyasının mədəni irsinin beynəlxalq səviyyədə təbliği və Polşa ilə humanitar əməkdaşlığın inkişafı barədə danışıb.

Xanım A.Raimkulova xatırladıb ki, Fond 2012-ci ildə Azərbaycanın Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. O, mədəni diplomatiyanın əhəmiyyətini vurğulayaraq bildirib ki, Fond Polşa, Litva və Rumıniya kimi ölkələrdə yaşayan Türk icmaların irsinin araşdırılması və qorunmasına xüsusi önəm verir. Səfəri çərçivəsində Fond rəhbəri məhsuldar görüşlərin keçirildiyi Belostok şəhərini də ziyarət edib.

O, Varşava Universiteti ilə “Türk Mədəni İrs Mərkəzi”nin yaradılması barədə əldə edilmiş razılığın elmi və mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edib.

Xanım A. Raimkulova Polşada akkreditə olunmuş Türk dövlətlərinin səfirliklərinə, xüsusilə Azərbaycan Respublikasının Səfirliyinə göstərilən davamlı dəstəyə görə təşəkkürünü bildirib. Həmçinin Avropalı türkoloqların və görkəmli alimlərin dünya elminə verdiyi töhfələri diqqətə çatdırıb.

Qeyd olunub ki, 2025-ci ildə Fond mədəniyyət, təhsil və tədqiqat sahələrini əhatə edən ümumilikdə 65 layihəni uğurla həyata keçirib. Bu layihələrə restavrasiya və muzeyləşdirmə təşəbbüsləri, maddi və qeyri-maddi irsin qorunması, eləcə də Türk Dünyasının mədəni irsinin rəqəmsallaşdırılmasına yönəlmiş proqramlar daxildir.

Sonda xanım Aktotı Raimkulova Fondun fəaliyyətinin Avropanın geniş ictimaiyyətinə təqdim olunmasına şərait yaratdığı üçün Radio Wnet komandasına təşəkkürünü bildirib və Türk dünyasında birliyin və mədəni həmrəyliyin daha da gücləndirilməsinə sadiqliyini vurğulayıb

Türk Mədəniyyəti və İrsi Fondu avropa gündəmində Türk Mədəniyyəti və İrsi Fondu avropa gündəmində
Məqalədə: #Türkiyə #Azərbaycan #Qazaxıstan #Qırğızıstan #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Polşa #Türk dünyası #Radio Wnet #Varşava Universiteti

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.