8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İnanc, Kimlik və Hüquq

Dövlətin hüquqi sisteminin xarakteri uzun bir tarixi prosesin nəticəsidir. Azərbaycan dövləti dünyəvi bir dövlətdir. Bunun əsas səbəblərinin obyektiv başa düşülməsi lazımdır.

29 Noyabr 2025 09:21
İnanc, Kimlik və Hüquq

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq.

Dövlətin hüquqi sisteminin xarakteri uzun bir tarixi prosesin nəticəsidir. Azərbaycan dövləti dünyəvi bir dövlətdir. Bunun əsas səbəblərinin obyektiv başa düşülməsi lazımdır. Bir ölkənin hüquqi sistemini onun siyasi, mədəni elitası müəyyən edər. Onların təhsili, yetişdiyi siyasi və hüquqi düşüncə buna təsir göstərir. XIX əsrin axırlarından başlayaraq Azərbaycan elitası daha çox Rusiya imperiyasının mərkəzi dairələrindən təsirlənərək getdikcə həyata baxış nöqteyi nəzərdən dünyəviləşdi. Yəni, dekabristlərdən, daha sonra kommunistlərdən, digər istlərdən təsirlənməyə başladı.

Lakin xalq belə deyildi. Xalqın geniş kütlələrinə bu ziyalı burjua elitanın təsiri az idi. Xalq öz dünyasında yaşamağa davam edirdi. 1920-ci ilə qədər. Sovet işğalına qədər Azərbaycan xalqı daha dindar idi. Dininə və din xadimlərinə bağlılığı çox idi. Sovet höküməti bunun axırına çıxmaq üçün mərhələli hərəkət etdi. İlk əvvəl təbliğat, dinsiz olmağın vəzifə ilə falan şirnikləndirilməsi. Çox maraqlıdır ki, 1920-ci illərdə xalqı dinsiz olmağa təşviq edənlərin bir çoxu elə Sovet çarxı tərəfindən məhv edildi. Bu dövrdə həm də keyfiyyətli din xadimləri məhv edildi.

Ona görə də xalqın azadlıq mübarizəsi də məhz sonralar daha çox Axundov xəttinin təsirində olan şəxslər tərəfindən həyata keçirildi. Məhz buna görə də bu günkü hüquqi reallıqların tarixi siyasi səbəbləri vardır. Ona görə də bunu bir reallıq olaraq qəbul etmək lazımdır. Xalqın düşüncə, iqtisadi və hüquqi elitası ilə xalqın düşüncələri 1920-ci ilə qədər olan kimi biri birindən ayrı deyildir. Toplum hüquqi sistem məsələsində konsensusa malikdir.

Bu artıq bir reallıqdır. Bu reallıqla dalaşmaq ağılsızlıqdır. Reallıqlar isə ancaq mədəni və elmi təbliğlə uzun müddətdə keyfiyyətli şəkildə dəyişə bilir. Bunlar Allahın kitabında da öz təsbitini tapmışdır. Mən məhz ona görə yazırdım ki, "siyasi islamçılıq" mövcud halı ilə süqut edibdir. Doğrudur, bizim ölkəmizdə bunun üçün heç zəmin də olmayıbdır. Olan ölkələrdə qlobal iqtisadi maliyyə nəhənginin təsiri ilə artıq "siyasi islamçı"ların bir çoxu sadəcə kapitalistdir. İdealist qismi isə həmin o kapitalistlərinin ianələrinə möhtac hala gətirilmiş ölüb getməkdə olan bir nəsildir.

Niyə belə uzun gəldim? Bayaq baxıram medialarımız QARA CÜMƏ endirimlərini veribdir. Cümənin qara elan edilməsi əlbəttə bir inanclı insan olaraq məni incidir. Lakin ictimai təpki nə üçün yoxdur. Onun səbəbidir bu yazı. Çünki 1828-ci ildən başlanan bir yol bizim tariximiz ilə aramızı çox ayırdı. Lakin artıq ortada bir reallıq vardır. O reallıq isə ancaq tarixi yaddaşın özündə izlərini daşıyan imanlı insanların dinini və kimliyini düz yaşayıb onu mədəni və elmi təbliğ etməklə dəyişə bilər.

Məqalədə: #Azərbaycan #Rusiya #SSRİ #Qara Cümə #hüquqi sistemin tarixi formalaşması #dünyəvi dövlət anlayışı #siyasi və mədəni elita #Rusiya imperiyasının təsiri #sovet işğalı dövrü #dini dəyərlərin zəifləməsi #din xadimlərinin təqibi #cəmiyyət və hüquqi şüur #siyasi islamçılığın tənəzzülü #qloballaşmanın təsiri #dini kimlik və mədəni yaddaş #ictimai dəyərlər sistemi #Qara Cümə fenomeni #dini hissiyyat və ictimai reaksiya #tarixi yaddaşın bərpası #modernləşmə və dünyəviləşmə #burjua ziyalılarının təsiri #xalq və elita arasındakı fərqlər #dini-mədəni transformasiya #hüquqi reallıqların formalaşması

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.