5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

ABŞ-nin qlobal innovasiya platforması “Plug and Play” ilə İRİA əməkdaşlığa başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dünya üzrə bir çox ölkədə innovasiya fəaliyyətinə töhfə verən “Plug and Play” platforması ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində startapların qlobal bazarlara, akselerasiya proqramlarına, böyük şirkətlərin mentor dəstəyinə və “Silikon Vadisi” şəbəkəsi daxil olmaqla, digər qlobal investorlara çıxış imkanlarının yaradılması, ümumilikdə isə innovasiya ekosisteminin qlobal əlaqələrinin gücləndirilməsi hədəflənir.

1 Dekabr 2025 10:34
ABŞ-nin qlobal innovasiya platforması “Plug and Play” ilə İRİA əməkdaşlığa başlayır

BAKI,AzerVoice

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) dünya üzrə bir çox ölkədə innovasiya fəaliyyətinə töhfə verən “Plug and Play” platforması ilə əməkdaşlığa başlayır.

AzerVoice xəbər verir ki, əməkdaşlıq çərçivəsində startapların qlobal bazarlara, akselerasiya proqramlarına, böyük şirkətlərin mentor dəstəyinə və “Silikon Vadisi” şəbəkəsi daxil olmaqla, digər qlobal investorlara çıxış imkanlarının yaradılması, ümumilikdə isə innovasiya ekosisteminin qlobal əlaqələrinin gücləndirilməsi hədəflənir.

Belə ki, “Plug and Play” ilə başladılan əməkdaşlıq iki istiqamətdə reallaşdırılacaq. Startapların spesifik sektorlar üçün texnoloji həllər təklif etdiyi platforma təsis ediləcək, bundan əlavə Silikon vadisində baş tutacaq “Plug and Play” Sammiti ilə yekunlaşan hibrid proqram yaradılacaq.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov əməkdaşlığın ekosistem üçün yeni imkanlar yaradacağını bildirib: “İRİA-nın “Plug and Play” ilə əməkdaşlığı çərçivəsində startaplar qlobal ekosistemin imkanlarına daha geniş çıxış əldə edə biləcəklər. Bura investor şəbəkəsi, akselerasiya və mentor dəstəyi proqramları daxildir”.

Qeyd edək ki, “Plug and Play” qlobal miqyasda 60-dan çox məkanda, 550-dən artıq korporativ və dövlət sektorunda olan tərəfdaşlarla fəaliyyət göstərir. Platformanın innovasiya fəaliyyəti 25-dən çox sənaye sahəsini əhatə edir.

Məqalədə: #Azərbaycan #ABŞ #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #startap #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #innovasiya ekosistemi #startap ekosistemi #qlobal innovasiya şəbəkəsi #Plug and Play əməkdaşlığı #İRİA innovasiya siyasəti #innovasiya fəaliyyətinin genişləndirilməsi #Azərbaycan innovasiya ekosistemi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.