6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

10 Dekabr 2025 19:13
“Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu çərçivədə həyata keçirilən tədbirlərə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC də öz töhfəsini verərək “Konstitusiya və Suverenlik İli” poçt markasını dövriyyəyə buraxıb.

Markanın təqdimat mərasimi 5 dekabr tarixində Dövlət Bayrağı Muzeyində “Azərpoçt” MMC, Dənizkənarı Bulvar idarəsi və Dövlət Bayrağı Muzeyinin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirin açılışında Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb və onlara muzey və orada sərgilənən eksponatlar haqqında ətraflı məlumat verib.

Daha sonra Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov Dövlət Bayrağı Meydanının fəaliyyəti, meydanda aparılan təmir-bərpa işləri, eləcə də meydana göstərilən xidmət haqqında çıxış edib. Həmçinin, o, öz çıxışında Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın ölçülərinə görə iki dəfə Ginnesin Rekordlar Kitabına düşməsini də qeyd edib.

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev öz nitqində markanın buraxılışının həm ölkə daxilində, həm də beynəlxalq poçt məkanında gələcək nəsillərə suverenlik ruhunun və dövlətçilik mesajının çatdırılması baxımından önəmli olduğunu vurğulayıb. O bildirib ki, bu marka dövlətçiliyə sədaqətin və milli dəyərlərə bağlılığın rəmzi kimi böyük mənəvi yük daşıyır.
Tədbir çərçivəsində qonaqlar üçün muzey üzrə informativ ekskursiya təşkil olunub, milli və dövlət atributlarına həsr edilən sərgi ilə tanışlıq baş tutub. Ardınca “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunan markalar muzeyə hədiyyə edilib və Bayraq Meydanının inşasına dair qısa film nümayiş etdirilib.

“Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib “Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib “Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib “Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib “Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib “Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib
Məqalədə: #Azərpoçt MMC #Konstitusiya və Suverenlik İli #AZCON Holding #Vətən müharibəsi #Konstitusiya və Suverenlik İli poçt markası #Dövlət Bayrağı Muzeyi #Dənizkənarı Bulvar idarəsi #Könül İmamverdiyeva #Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti #Ağacan Əhmədov #İsi Mustafayev

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin treyleri yayımlandı
Cəmiyyət

"44" bədii filminin treyleri yayımlandı

2 Avqust 20:41
AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Siyasət

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

26 İyun 21:31
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub
İqtisadiyyat

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

26 İyun 10:51

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.