Azərbaycan könüllülərinin iştirakı ilə “613 Justice for Khojaly” fləş-mobu keçirilib
Xocalı soyqırımının 34-cü ildönümündə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “613 Justice for Khojaly” fləşmobu keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən fləş-mobda min nəfər Azərbaycan könüllüsü iştirak edib. Fləş-mobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırımı həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.
“Azərpoçt” MMC “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markasını təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi tarixi və mənəvi məna daşıyır. Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış qələbənin isə 5-ci ildönümünə təsadüf etməklə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və suverenlik dəyərlərinin daha geniş təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.