8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı dekabrın 10-da keçirilən "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum panellərlə davam edir.

10 Dekabr 2025 20:11
Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib

BAKI, AzerVoice

Mədəniyyət Nazirliyinin təşkilatçılığı dekabrın 10-da keçirilən "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum panellərlə davam edir.

AzerVoice xəbər verir ki, forumun növbəti paneli "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" mövzusuna həsr olunub.

Əvvəlcə mədəniyyət nazirinin müavini Səadət Yusifovanın milli və mədəni kimlik mövzusunda məruzəsi dinlənilib. Məruzədə milli kimliyi formalaşdıran amillər, etnik-mədəni sistemin milli düşüncəyə təsirləri, tarixi yaddaşın millət və dövlət quruculuğunda rolu kimi məsələlər diqqətə çatdırılıb.

Sonra panel ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadovun moderatorluğu ilə davam edib.

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Turqay Hüseynov, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraşı direktoru Samir Mahmudov və Mədəniyyət Nazirliyi Hüquq şöbəsinin müdiri Gülər Mikayılova çıxış ediblər.

Paneldə "Azərbaycan Respublikası Konstitusiyası milli kimliyin qorunmasının təminatçısı kimi", "Azərbaycan Respublikası Konstitusiyasında mədəniyyət hüququ və vəzifələr", "Konstitusiyanın aliliyi və hüquq mədəniyyəti", "Mədəniyyət haqqında qanunvericilik, tənzimləmə və icra mexanizmləri" mövzuları üzrə müzakirələr aparılıb.

Bildirilib ki, çağımızda mədəniyyət sahəsinin hüquqi tənzimlənməsinə yeni yanaşmaların tətbiqi zərurəti yaranıb. Vurğulanıb ki, mədəni dəyərlərin və tarixi irsin qorunmasında dövlət qurumları ilə yanaşı, ayrı-ayrı şəxslərin və vətəndaş cəmiyyətlərinin də üzərinə mühüm vəzifələr düşür.

Qeyd olunub ki, Azərbaycan qədim və zəngin mədəni irsə malik ölkədir. Musiqisi, kinosu, teatrı, rəssamlıq və memarlığı, milli adət-ənənələri, mətbəx mədəniyyəti ölkəmizin mədəni irsini formalaşdıran əsas elementlərdir. Bu sahələr üzrə insanların fəaliyyəti, hər bir vətəndaşın bu irs nümunələrindən maneəsiz istifadəsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Son illərdə əhalinin bütün təbəqələrinin mədəni xidmətlərdən daha rahat istifadəsi ilə bağlı mühüm işlər görülüb. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən aparıcı muzey, teatr, film nümayişi məkanları, kitabxana və digər sahələrdə həssas qruplardan olan vətəndaşların mədəni xidmətlərə əlçatanlığı təmin edilir.

Paneldə eyni zamanda hüquq mədəniyyətinin formalaşması üçün maarifçilik işinin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
Məruzəçilər sonda sualları cavablandırıb, təkliflərlə çıxış ediblər.

Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz mövzusunda panel müzakirəsi keçirilib
Məqalədə: #Panel #Mədəniyyət və hüquq: müasir çağırışlar #Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz #mədəniyyət nazirinin müavini Səadət Yusifova #ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadov #Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov #Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov #Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Turqay Hüseynov #BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev #Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraşı direktoru Samir Mahmudov #Mədəniyyət Nazirliyi Hüquq şöbəsinin müdiri Gülər Mikayılova

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.