8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirilib

Qərbi Azərbaycan irsinin sistemli şəkildə araşdırılması, dini-mənəvi abidələrin qorunması və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Bu çərçivədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi Qərbi Azərbaycanla bağlı faktların dəqiq və peşəkar formada ortaya qoyulmasına mühüm töhfə verir

11 Dekabr 2025 09:09
Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirilib

BAKI, AzerVoice

Qərbi Azərbaycan irsinin sistemli şəkildə araşdırılması, dini-mənəvi abidələrin qorunması və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Bu çərçivədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi Qərbi Azərbaycanla bağlı faktların dəqiq və peşəkar formada ortaya qoyulmasına mühüm töhfə verir

AzerVoice xəbər verir ki, Qərbi Azərbaycan İcması bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirməkdədir. Qərbi Azərbaycan İcmasında İrəvan Qazısı Bəxtiyar Nəcəfovla keçirilən görüş bu istiqamətdə atılan növbəti addımlardandır.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qonağı salamlayaraq bildirdi ki, Qərbi Azərbaycanda tarixi boyu çoxsaylı məscidlər, dini ocaqlar, pir və ziyarətgahlar mövcud olub və onların böyük bir qismi hazırda erməni vandalları tərəfindən dağıdılmış və təhrif edilmiş vəziyyətdədir. O, İcmanın bu irsi faktoloji əsaslarla yenidən araşdırmaq, mövcud məlumatları dəqiqləşdirmək və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ardıcıl iş apardığını vurğulayıb.

Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov və İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli dini-mənəvi irsin araşdırılması, institusional əməkdaşlığın gücləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq platformalarda təqdimatı istiqamətində qonaqla fikir mübadiləsi aparıblar.

İrəvan qazısı Hacı Bəxtiyar Nəcəfov səmimi görüşə görə təşəkkürünü bildirib, dini dəyərlərin cəmiyyətdə oynadığı rol və mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi qeyd edib. O, Qərbi Azərbaycan məsələsinin yalnız siyasi deyil, həm də dini-mənəvi və mədəni məsələ olduğunu vurğulayaraq, qazılığın bu istiqamətdə İcma və onun strukturları ilə sıx əməkdaşlığının vacib olduğunu bildirib. Onun fikrincə, İcmada Qərbi Azərbaycanın bütün bölgələrinin insanları kənd və rayon icmaları şəklində birləşdiyindən onun imkanlarını heç bir qurumla müqayisə etmək olmaz. Qazı həmçinin sülhün, mənəvi birliyin və dini həmrəyliyin bölgədə sabitlik üçün mühüm şərt olduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər dini irsin araşdırılması, tarixi faktların toplanması və ictimai maarifləndirmə işlərinin koordinasiyalı şəkildə aparılması barədə razılığa gəliblər. Tədbir simvolik hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirilib Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirilib Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirilib
Məqalədə: #Azərbaycan #Qərbi Azərbaycan #Qərbi Azərbaycan İcması #Əziz Ələkbərli #Vahid Novruzov #Mirfaiq Mirheydərli #Hacı Bəxtiyar Nəcəfov

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.