4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin qaranlıq səhifələrini araşdırır

Bakı Təşəbbüs Qrupu müstəmləkəçi ölkələrin işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri araşdırmağa davam edir. Qrupun araşdırmaları göstərir ki, ən qəddar və insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilmişdir. Belçika müstəmləkəçiliyi Avropa imperiyaları arasında yeganə şəxsi monarx mülkü olaraq tarixdə fərqlənir. Sistemli vəhşilik, irqi alçaltma və insan hüquqlarının pozulması bu müstəmləkəçilik modelini digər modellərdən kəskin fərqləndirmişdir. Bu qaranlıq səhifələrdən biri də “insan zooparkları”dır.

15 Dekabr 2025 12:27
Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin qaranlıq səhifələrini araşdırır

BAKI, AzerVoice, Nailə Babazadə

Bakı Təşəbbüs Qrupu müstəmləkəçi ölkələrin işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri araşdırmağa davam edir. Qrupun araşdırmaları göstərir ki, ən qəddar və insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilmişdir.

AzerVoice xəbər verir ki, Belçika müstəmləkəçiliyi Avropa imperiyaları arasında yeganə şəxsi monarx mülkü olaraq tarixdə fərqlənir. Sistemli vəhşilik, irqi alçaltma və insan hüquqlarının pozulması bu müstəmləkəçilik modelini digər modellərdən kəskin fərqləndirmişdir. Bu qaranlıq səhifələrdən biri də “insan zooparkları”dır.

1897-ci ildə II Leopoldun əmri ilə Konqodan zorla gətirilən 267 konqolu Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində “canlı eksponat” kimi nümayiş etdirilmişdir. İnsanlar yarıçılpaq vəziyyətdə taxta hasarların arxasında saxlanaraq tamaşaçıların seyr obyektinə çevrilmiş, nəticədə ən azı yeddi nəfər – o cümlədən uşaqlar – pnevmoniya, qrip və digər xəstəliklərdən dünyasını dəyişmişdir.

Tervüren ərazisində sonradan “Konqo Muzeyi”, sonradan isə “Mərkəzi Afrika üzrə Kral Muzeyi” yaradılmış və müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə Expo 58 çərçivəsində eyni xarakterli insan nümayişi təkrarlanmış, Konqodan gətirilən 598 nəfər – 273 kişi, 128 qadın və 197 uşaq – Avropa ictimaiyyətinə “canlı eksponat” olaraq təqdim edilmişdir.

Araşdırmalar göstərir ki, 1897-ci ildə başlanan bu təcrübə təsadüfi deyildi, Belçika müstəmləkəçilik siyasətinin uzunmüddətli, strukturlaşmış və institusional tərkib hissəsi olmuşdur. XX əsrin ortalarına qədər davam edən bu praktika, irqi iyerarxiya və “sivilizasiya missiyası” ideologiyasının vizual təcəssümü kimi tarixdə qalmışdır.

Qeyd olunur ki, 1959–1962-ci illərdə Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalar və qaradərili analardan doğulmuş təxminən 20 min uşaq valideynlərin razılığı olmadan Belçikaya aparılmış və övladlığa verilmişdir. Bu proses ailə bağlarının, kimliyin və mədəni mənsubiyyətin ciddi şəkildə pozulmasına səbəb olmuşdur.

Bakı Təşəbbüs Qrupu vurğulayır ki, bu hadisələr Belçikanın müstəmləkəçilik siyasətinin sistemli şəkildə irqçi yanaşmalara, insan hüquqlarının pozulmasına və insan ləyaqətinin tapdalanmasına əsaslandığını açıq şəkildə göstərir.

Məqalədə: #Bakı Təşəbbüs Qrupu #İnsan hüquqları pozuntuları #Belçika müstəmləkəçiliyi #İnsan zooparkı #Konqo sərgisi #Müstəmləkəçilik cinayətləri #Zorla övladlığa vermə #Müstəmləkəçi siyasət #Avropa imperiyaları #Sistemli vəhşilik #İnsan eksponatları #Mədəni alçaldılma

Mövzu üzrə digər xəbərlər

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Siyasət

Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20 Avqust 11:20
Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi
Redaktorun Seçimi

Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

23 İyul 06:00
Media dekolonizasiya prosesinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır - Abbas Abbasov
Siyasət

Media dekolonizasiya prosesinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır - Abbas Abbasov

11 İyul 09:53

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.