4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.

20 Dekabr 2025 13:25
Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib


BAKI, AzerVoice

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.

Bu barədə AzerVoice-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, bu əlaqələrin insan hüquqlarının təbliği və təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsinə böyük töhfə verdiyini vurğulayıb.

Müvəkkil ötən dövr ərzində Azərbaycan Ombudsmanının BMT və onun ixtisaslaşmış qurumları ilə birgə həyata keçirilmiş layihələrin, hər il Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar təşkil edilən müsabiqə və tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.

Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan rezident əlaqələndiriciyə Azərbaycandakı fəaliyyəti dövründə insan hüquqları sahəsində göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar diləyib.

Vladanka Andreyeva qəbula görə Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndirib, birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.

Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib
Məqalədə: #Azərbaycan #BMT #ombudsman #Səbinə Əliyeva #Vladanka Andreeva

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.