8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qadınların rolu və dini icmaların töhfəsi Azərbaycan cəmiyyətində önəmli mövzudur - Bahar Muradova

Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan cəmiyyətində dini dözümlülük, multikulturalizm və dünyəvi dövlət prinsiplərinin rolunu vurğulamış, dini icmaların qadınların sosial və mənəvi inkişafına töhfəsini qeyd etmişdir. Bahar Muradova çıxışında bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətində ailə, sağlam mənəviyyat və sosial ədalət mərkəzi yer tutur. Azərbaycan Konstitusiyasına əsasən ölkə dünyəvi dövlət olmaqla yanaşı, milli-mənəvi dəyərləri qoruyur və bütün dinlərə bərabər münasibət göstərir.

24 Dekabr 2025 12:07
Qadınların rolu və dini icmaların töhfəsi Azərbaycan cəmiyyətində önəmli mövzudur - Bahar Muradova

BAKI, AzerVoice, Nailə Babazadə

Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan cəmiyyətində dini dözümlülük, multikulturalizm və dünyəvi dövlət prinsiplərinin rolunu vurğulamış, dini icmaların qadınların sosial və mənəvi inkişafına töhfəsini qeyd etmişdir.

AzerVoice xəbər verir ki, Bahar Muradova çıxışında bildirib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətində ailə, sağlam mənəviyyat və sosial ədalət mərkəzi yer tutur. Azərbaycan Konstitusiyasına əsasən ölkə dünyəvi dövlət olmaqla yanaşı, milli-mənəvi dəyərləri qoruyur və bütün dinlərə bərabər münasibət göstərir.

Forum çərçivəsində keçirilən “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” panelində qadınların ailə və cəmiyyət həyatında mərkəzi rolunu gücləndirmək, erkən nikahların qarşısını almaq, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətini izah etmək və uşaqların sağlam mənəvi mühitdə böyüməsini təmin etmək məsələləri müzakirə olunmuşdur.

Bahar Muradova bildirib ki, bu tədbir qadınların cəmiyyətdə rolunun dini və dünyəvi dəyərlərin vəhdəti əsasında daha düzgün formalaşmasına imkan yaradır və Azərbaycanın tolerant, multikultural və dünyəvi dövlət modelini nümayiş etdirir.

Məqalədə: #Ailə qadın və uşaq məsələləri komitəsi #Bahar Muradova #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi #Azərbaycanda dini tolerantlıq modeli #dini tolerantlıq #Azərbaycan Din Xadimlərinin II Forumu #Azərbaycan Din Xadimlərinin Forumu

Mövzu üzrə digər xəbərlər

Ombudsmana yeni səlahiyyət veriləcək
Cəmiyyət

Ombudsmana yeni səlahiyyət veriləcək

28 Yanvar 12:36
Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq
Cəmiyyət

Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq

19 Yanvar 16:59
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib
Cəmiyyət

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

14 Yanvar 11:49
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram tədbirində iştirak ediblər

1 Yanvar 16:59

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.