5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib.

14 Yanvar 2026 11:49
Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

BAKI, AzerVoice

Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib.

AzerVoice xəbər verir ki, iclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, üzvlər - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, “Report” İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev iştirak ediblər.

Şura üzvləri Fondun 2026-cı il üzrə nəzərdə tutulan xərclər smetasının layihəsi, eləcə də din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi məsələlərini müzakirə ediblər. Fondun xərclər smetasının layihəsinin məqsədyönlülük və səmərəlilik prinsipləri əsasında formalaşdırıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, nəzərdə tutulan xərclər qurumun Nizamnaməsində müəyyən edilmiş məqsədlərə uyğun olaraq mənəvi dəyərlərin təbliği, dini maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də din xadimlərinin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutur.

İclasda, həmçinin din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsinin ölkədə sağlam dini mühitin qorunması və möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, bu istiqamətdə görülən işlərin müsbət nəticələr verdiyi bildirilib.

İclasın yekununda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2026-cı il üzrə nəzərdə tutulmuş xərclər smetasının layihəsinin təsdiq edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməsi, eyni zamanda cari ildə din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi barədə qərar qəbul edilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib
Məqalədə: #Azərbaycan #Bakı #Qafqaz Müsəlmanları İdarəsi #AMEA #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Aynur Sofiyeva #Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi #Mənəvi Dəyərlərin Təbliği Fondu #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi #Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurası

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.