6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik nəşrdir.

26 Yanvar 2026 15:50
İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik nəşrdir.

Tədbirdə dövlət qurumlarının, akademik ictimaiyyətin və sığorta sektorunun nümayəndələri iştirak ediblər.

İİTKM-in icraçı direktoru, professor Vüsal Qasımlı bildirib ki, dərs vəsaiti sığorta və texnologiyanın sintezini yalnız texniki yeniliklər kontekstində deyil, strateji idarəetmə, tənzimləmə mühiti və bazar davranışları prizmasından araşdıraraq ölkənin sığorta ekosistemi üçün yeni intellektual çərçivə formalaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxışında dərs vəsaitinin ali təhsil müəssisələrində sığorta işi və maliyyə ixtisasları üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm elmi mənbə olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov çıxışında sığorta sektorunda texnoloji innovasiyaların tənzimləmə mühiti ilə uzlaşdırılmasının vacibliyini vurğulayaraq, “InsurTech” dərs vəsaitinin bu sahədə balanslı və sistemli yanaşmanı əks etdirdiyini bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri, “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova kitabın real sektor təcrübəsinə əsaslanan məzmununun sığorta bazarında çalışan mütəxəssislər üçün praktiki əhəmiyyət daşıdığını qeyd edərək, “İnsurTech” həllərinin müştəri mərkəzli xidmət modellərinin inkişafında rolunu xüsusi vurğulayıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev çıxışında dərs vəsaitinin ölkədə sığorta sahəsində ilk dəfə olaraq “İnsurTech” mövzusunu kompleks şəkildə əhatə etdiyini bildirərək, nəşrin sektorun gələcək inkişafına dair strateji baxış formalaşdırdığını qeyd edib.

İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev isə çıxışında sığorta fəaliyyətində rəqəmsal həllərin, xüsusilə blokçeyn və avtomatlaşdırılmış sistemlərin şəffaflıq və etimad mühitinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Təqdimat mərasimində qeyd olunub ki, “InsurTech” dərs vəsaiti sığorta sektorunda rəqəmsal transformasiyanın elmi əsaslarla öyrənilməsi, beynəlxalq təcrübənin milli kontekstdə tətbiqi və müasir texnoloji yanaşmaların tədris prosesinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin rəhbəri İİTKM-in Dövlət proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallıdır.

Dərs vəsaiti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikası Mərkəzi Bankı, eləcə də “PAŞA Həyat Sığorta” ASC, “AzSığorta” ASC, “Xalq Həyat” Sığorta Şirkəti ASC, “PAŞA Sığorta” ASC, “Meqa Sığorta” ASC, İcbari Sığorta Bürosu, “Doğa Sığorta”, “İnsurtech Hub”, “Allianz Türkiyə” və “Zurich Yaşam ve Emeklilik” kimi təşkilatları təmsil edən 12 müəllif tərəfindən yazılıb.

İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi
Məqalədə: #Azərbaycan #Azərbaycan Mərkəzi Bankı (AMB) #İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi #Azərbaycan Sığortaçılar Assosiasiyası #Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası #InsurTech #Urxan Ələkbərov #Ülviyyə Cabbarova #Elmar Mirsalayev #İcbari Sığorta Bürosu #Vüsal Məsiyev #Lətif Zeynallı #Vüsal Qasımlı #Vüsal Qurbanov #PAŞA Həyat

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.