5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib

Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

26 Yanvar 2026 17:04
Mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir. Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Mikromobillik infrastrukturu qurulmağa başlayandan bu günə kimi bu nəqliyyat növləri 4 milyon 500 min dəfədən çox sifariş olunub. Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir.

Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564 parklanma məntəqəsi təşkil edilib.

Xatırladaq ki, konseptual plana əsasən görülən işlər çərçivəsində şəhər ərazisində 50 kilometr mikromobillik şəbəkəsi təşkil edilib. Paytaxtın küçə və prospektlərdə salınan mikromobillik zolaqları bir-biri ilə əlaqələndirilir. Məqsəd kəsintisiz və davamlı zolağın təşkilidir.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.

Mikromobillik vasitələri ilə 13 milyon kilometr məsafə qət edilib
Məqalədə: #Azərbaycan #Bakı #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.