14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

4SİM və AzMİU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib. Görüşdə AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. AzMİU nəzdində yaradılan “Süni İntellekt Mərkəzi”nin tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində rolu qeyd edilib.

29 Yanvar 2026 16:10
4SİM və AzMİU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib.

AzerVoice Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə istinadən xəbər verir ki, görüşdə AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib. AzMİU nəzdində yaradılan “Süni İntellekt Mərkəzi”nin tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində rolu qeyd edilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, insan kapitalının inkişafına yönəlmiş “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram” haqqında məlumat verib. AzMİU-nun 600-dən çox əməkdaş və tələbəsinin proqramdan faydalanaraq “Coursera” platormasında 1000-dən çox təlimi uğurla başa vurduğu qeyd edilib.

Tərəflər “2026–2029-cu illər üzrə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası” çərçivəsində elm-sənaye klasteri 4.0-ın formalaşdırılması, eləcə də rəqabətli insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş çərçivəsində tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Sənaye 4.0 və süni intellekt sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi-tədqiqat fəaliyyətləri və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsini, habelə innovasiya yönümlü tərəfdaşlığı nəzərdə tutur.

Görüşdən sonra AzMİU-nun müəllim və professorları üçün “Milli Proqram” barədə təqdimat keçirilib.

Məqalədə: #Azərbaycan #Bakı #Süni intellekt #İqtisadiyyat Nazirliyi #Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) #Fariz Cəfərov #Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) #Gülçöhrə Məmmədova

Mövzu üzrə digər xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

13 Sentyabr 19:51
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

13 Sentyabr 09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

13 Sentyabr 08:00

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.