8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə artıq ikinci ildir keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirib.

6 Fevral 2026 00:18
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib
Bizi buradan izləyin və Bizə yazın

Bakı,AzerVoice

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə artıq ikinci ildir keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirib.

AzerVoice xəbər verir ki, festivalın proqramına uyğun olaraq, fevralın 5-də axşam Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə ilk konsert proqramı təqdim olunub. Dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunacaq konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxış edib.

Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, ikinci dəfədir təşkil edilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu vurğulayıb. Bildirilib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalının əsas xüsusiyyətlərindən biri də odur ki, hər zaman festivalın açılışından əvvəl kamera musiqisi axşamları təşkil edilir. Bugünkü kamera konserti isə dünya musiqi xəzinəsinə əvəzolunmaz töhfələr verən görkəmli bəstəkar, ictimai xadim, bütöv bir bəstəkarlar nəsli yetişdirmiş misilsiz müəllim, Xalq artisti Qara Qarayevin əziz xatirəsinə həsr olunub.

Konsertdə Qara Qarayevin “2 saylı simli kvartet a-moll” (iki hissə), “İnsan məskən salır” kinofilmindən musiqi, “Prelüd A-dur, F-dur”, R.Şumanın “Piano kvinteti” (III və IV hissələr), İ.Bramsın “Piano kvinteti” (III və IV hissələr) əsərləri səsləndirilib.

Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Murad Adıgözəlzadənin (piano), həmçinin Azərbaycan Dövlət Simli Kvartetin üzvləri – Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltıxın (violençel) təqdim etdikləri əsərlər tamaşaçıların ürəyincə olub.

Qeyd edək ki, Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir. Musiqisevərlər festival günlərində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin maraqlı konsert proqramından zövq alacaq, “Bakı-Neapol: Musiqi Körpüsü” kamera musiqi axşamında Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcək, “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqasların çıxışlarını izləmək imkanı əldə edəcəklər.

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib
Məqalədə: #Mədəniyyət Nazirliyi #Heydər Əliyev Fondu #Qəbələ #Qış nağılı II Beynəlxalq Musiqi Festivalı #Beynəlxalq Musiqi Festivalı #Gilan #Qəbələ Beynəlxalq Musiqi Festivalı

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.