8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Nəşriyyat Peşə Birliyinin təşkilatçılığı və Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığı ilə Şişli rayonundakı Taş Yapı Tədbir və Konqres Mərkəzində keçirilən forum üç gün davam edib. Tədbirdə 73 ölkədən 335 naşir iştirak edib. Forum beynəlxalq telif hüquqları mübadiləsi və nəşriyyat sahəsində əməkdaşlıq baxımından sektorun mühüm platformalarından biri kimi qiymətləndirilib.

13 Fevral 2026 15:38
İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Türkiyədə keçirilən “11-ci Beynəlxalq İstanbul Nəşriyyat Peşəkar Görüşləri”ndə Azərbaycanlı naşirlər fəal iştirakı ilə seçilib.

AzerVoice xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Nəşriyyat Peşə Birliyinin təşkilatçılığı və Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığı ilə Şişli rayonundakı Taş Yapı Tədbir və Konqres Mərkəzində keçirilən forum üç gün davam edib.

Tədbirdə 73 ölkədən 335 naşir iştirak edib. Forum beynəlxalq telif hüquqları mübadiləsi və nəşriyyat sahəsində əməkdaşlıq baxımından sektorun mühüm platformalarından biri kimi qiymətləndirilib.

Çıxış edən Bilal Ərdoğan Türkiyənin mühüm mədəniyyət ölkəsi olduğunu vurğulayaraq, İstanbulun qlobal mədəniyyət mərkəzlərindən biri kimi rolunun bu cür tədbirlərlə daha da gücləndiyini bildirib.

Azərbaycan geniş təmsil olunub

Forumda Azərbaycan 9 nəşriyyat nümayəndəsi ilə təmsil olunub. Ümumilikdə 150-yə yaxın ikitərəfli işgüzar görüş keçirilib.

Introtema Müəllif Hüquqları Agentliyinin Azərbaycan nümayəndəsi Xəyalə Murad bildirib ki, Azərbaycan naşirləri hər il tədbirdə fəal iştirak edir, həm yeni müəllifləri, həm də Azərbaycan dilində nəşr olunan əsərləri beynəlxalq bazara təqdim etməyə çalışırlar.

Onun sözlərinə görə, son dövrdə Azərbaycan müəlliflərinin əsərlərinin xarici dillərə satışı artıb. Şri-Lanka, Albaniya, Türkiyə, Özbəkistan və Banqladeş kimi ölkələrə müəllif hüquqları verilib və kitablar həmin dillərə tərcümə edilərək nəşr olunub.

Xəyalə Murad əlavə edib ki, Azərbaycanda oxucu auditoriyası genişlənir və dövlət dəstəyi nəşriyyat sektorunun inkişafına mühüm töhfə verir. Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən kitabların kitabxanalar üçün alınması, eləcə də xaricdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri bu sahənin inkişafına dəstək göstərir.

35 min görüş, 25 min ilkin razılaşma

Tədbir çərçivəsində nəşriyyatın mədəni diplomatiyada rolu da xüsusi vurğulanıb. Bildirilib ki, İstanbul Nəşriyyat Peşəkar Görüşləri indiyədək 35 mindən çox ikitərəfli işgüzar görüşün və 25 mindən artıq ilkin müəllif hüquqları razılaşmasının əsasını qoyub.

Bu il təxminən 10 nəşriyyatla təmsil olunan Azərbaycan keçirdiyi intensiv görüşlər və beynəlxalq müəllif hüquqları təşəbbüsləri ilə proqramın diqqət çəkən ölkələrindən biri olub.

İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi
Məqalədə: #Türkiyə #Azərbaycan #Türkiyə Mədəniyyət və Turizm Nazirliyi #Xəyalə Murad

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.