5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

IV Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri bəlli oldu

“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək. Artıq ənənə halını alan bu zirvə son üç il ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində çalışan peşəkarlar üçün bilik mübadiləsi və aktual mövzuların müzakirə olunduğu önəmli platformaya çevrilib.

4 Mart 2026 15:07
IV Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri bəlli oldu

BAKI,VOA

“Facemark” və “Good Finance” şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək. Artıq ənənə halını alan bu zirvə son üç il ərzində vergi, mühasibatlıq və maliyyə sahəsində çalışan peşəkarlar üçün bilik mübadiləsi və aktual mövzuların müzakirə olunduğu önəmli platformaya çevrilib.

VOA xəbər verir ki, “Bahalı səhvlər” konsepti əsasında keçirilən bu tədbir maliyyə, əmək münasibətləri və vergi sahəsində yol verilən kritik yanlışlıqları daha dərindən analiz etməyi hədəfləyir.

Zirvə çərçivəsində bu səhvlərin yaranma səbəbləri, şirkətlər üçün doğurduğu hüquqi və maliyyə nəticələr, eləcə də onların qarşısının alınması üçün effektiv yanaşmalar ekspertlərin baxışları və real biznes təcrübələri əsasında ətraflı şəkildə müzakirə olunacaq.

Tədbir “Unibank”ın sponsorluğu və “SİMA”nın rəqəmsallaşma üzrə sponsorluğu ilə keçirilir.

Birinci panel “Maliyyə riskləri və uçot” mövzusuna həsr olunacaq və maliyyə qərarlarında risklərin rolu, uçotun düzgün qurulması məsələləri müzakirə ediləcək.

Panelin moderator və spikerləri:

Moderator – Niyazi Abbasov – PASHA Real Estate Daxili Audit və Nəzarət üzrə Qrup Direktoru

Spiker: Elşən Rəhimov - “Barattson” Təlim Mərkəzi İdarə Heyətinin sədri

Spiker – Rauf Rzayev – RNN Advisor MMC-nin direktoru, Azərişıq ASC Audit Komitəsinin rəhbəri

Spiker – İbadət Binyətov – Azfin Audit MMC direktor-auditoru, Auditorlar Palatası üzvü, sərbəst auditor

Spiker – Tutu Əfəndizadə – PAŞA Malls Baş Maliyyə Meneceri

“Əmək münasibətlərində uçot riskləri” olan ikinci panelin moderatoru “Hucap Consulting” şirkətinin təsisçsi və direktoru Dəyanət Ağayev, spikeri isə müəllif, mühasibat uçotu, vergi və daxili audit üzrə ekspert Anar Bayramov olacaq.

Üçüncü panel isə “Vergi riskləri” mövzusunu əhatə edərək vergi sahəsində qarşıya çıxan risklər və onların qabaqlanması yollarına fokuslanacaq.

Panelin moderator və spikerləri:

Moderator: Tural Abbasov - Vergi qanunvericiliyi üzrə təlimçi, vergi eksperti

Spiker: Anar Cabbarov - Vergi siyasəti baş idarəsinin vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi

Spiker: Emil Rəhimov - İnzibati şikayətlər baş idarəsinin rəis əvəzləyicisi

Spiker: Samir Qəhrəmanov - Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini

Spiker: Ziyafət Qarayeva - Advocaid” MMC Həmtəsisçi

Spiker: Xəyal Feyzullayev - DİFA Consulting Services MMC Direktor

Qeyd edək ki, ölkəmizdə dördüncü dəfə keçirilən bu zirvə vergi və mühasibatlıq peşəkarlarını bir araya gətirən əvəzsiz platformadır. Tədbir iştirakçılara bilik və təcrübə qazandırmaqla yanaşı, risklərin vaxtında və düzgün idarə olunmasının vacibliyini də göstərir.

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

//www.instagram.com/vmzbaku/
//www.facebook.com/vmzbaku/
//www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA IV Vergi Mühasibatlıq Zirvəsinin rəsmi media tərəfdaşıdır.

Məqalədə: #Azərbaycan #Bakı #IV Vergi Mühasibatlıq Zirvəsi #Facemark və Good Finance #Facemark şirkəti

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.