8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Orucun on beşidir, gəldik sizə

Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bay­ramlarından biri də Ramazan bayramıdır. Bu ay ilin mübarək aylarından olub, insanların qəlbinə sevinc bəxş edir. Ayın əsas xüsusiyyəti ay boyunca oruc tutmaq, xeyir əməllərin sayını artırmaqdır. İslam dininə görə, oruc tutmaq müsəl­manların əməl etmələri vacib sayılan beş şərtdən ikincisidir. Orucluq hər il hicri-qəməri təqviminin 9-cu ayı olan Ra­mazan ayında 30 gün müddətində saxlanılır. Müsəlman dün­yasında oruc tutma (əs-saum) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Qurani-Kərim Allaha iba­dətin bu şəklini inkişaf etdirərək orucu Quranın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə əla­qələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.

5 Mart 2026 10:00
Orucun on beşidir, gəldik sizə

BAKI,VOA

Xalq orucluğa həm də İslamın əxlaqi-mənəvi təhcizatı kimi baxmışdır. Həqiqətən, orucluq əsnasında insana, ola bil­­sin ki, dünya həyatının ən mühüm əxlaqi dərsi təlqin edi­lir. Harama aludə olmaqdansa özünü ağır sınaqlara və hər cür çətinliklərə sinə gərməyə hazırlamaq daha yaxşıdır. “Quran oruc tutmağı İslamın müsbət meyarı kimi gö­türmüş, başqa vacib əməllərin yerinə yetirilməsində yol ve­rilmiş xətaların orucluq vasitəsilə bağışlanmasının müm­kün­lüyünü təsbit etmişdir” (Qurani-Kərim, əl-Bəqərə,185).

Folklor materiallarından aydın olur ki, Ordubad şəhəri və onun ətraf kəndlərində Ramazan ayının 15-ci gününü xü­su­si təntənə ilə qeyd edirlər. Ordubadlıların “orucun on beşi” adlandırdıqları bu gündə iftar süfrələri digər günlərlə müqa­yisədə daha zəngin olur. Nişanlı qızların valideynləri oğlan evinə qonaq gəlir, bütün ailə üzvləri, xüsusən də bəy üçün hədiyyələr gətirirlər.

Bu gün, yəni Ramazan ayının 15-ci günü Ordubadda ən çox diqqəti cəlb edən uşaqların şənliyidir. Hər bir məhəl­lənin uşaqları dəstə-dəstə toplaşaraq evlərə gedir, torba atır, “orucun on beşi” paylarını toplayırlar. Bir neçə gün əvvəldən ailələrdə evə gələcək “kiçik qonaqları” qarşılamaq və onları razı salmaq məqsədilə müəyyən şirniyyat növləri hazırlanır. Əvvəllər bunlar evin qadınları tərəfindən hazırlanan şirin çö­rəklər, “cəvizli kükə”, “yağlı kükə”, meyvə qurularından iba­rət olurdusa, indi dükanlardan hazır şirniyyatlar, şirin çörək­lər, biskvitlər və s. alınır, əvvəlcədən evdə hazır sax­lanılır. Bu haqda topladığımız mətnlərin birində deyilir: “Ordubadda orucluq ayının on beşində hər bir uşaq əlinə torba alıb qapı-qapı gəzir, orucluğun sovqatını istəyir. Onlar pay istəyəndə ev yiyəsinə belə müraciət edərlər:

Orucun on beeşidir, gəldık sizə,
Orucun niyazını verin bizə.
Xanım, ayağa dursana,
Boşqabı doldursana.
Ya rəbbi, gəlir, rübba gəlir,
Boşqabı doldurub gəlir.
Verənin oğlu-qızı çox olsun,
Doğduğu oğlan olsun,
Sonbeşiyi qız olsun,
Açılsın sünbül olsun.
Əgər ev yiyəsi ayağın sürüyərsə, uşaqları gözlədərsə, o zaman uşaqlar bir də oxuyarlar:

Orucun beeşidir, gəldik sizə,
Orucun niyazını verin bizə.
Xanım, ayağa dursana,
Boşqabı doldursana.
Ya rəbbi, gəlir, rübba gəlir,
Boşqabı doldurub gəlir.
Verənin oğlu olsun,
Vermiyənin kor qızı olsun,
O da düşsün təndirə yansın.
Uşaqlar mahnını oxuduqdan sonra paylarını alıb ge­dillər. Bəzən uşaqlar oxumurlar, bu zaman ev yiyəsi uşaqlar oxuyana qədər onların payını vermir. Beləliklə, orucluq ayının on beşində onlar yeməli şeylər toplayırlar. Bu nemətləri bəzən ay bitənə qədər yeyib qurtara bilmirlər”. Ərazidən topladığımız məlumata əsasən, çox nadir hallarda olar ki, uşaqlar daxil olduqları evdən əliboş çıxarlar. Belə olan halda onlar ev yiyəsindən acıq çıxmaq qərarına gələrlər: həmin evin eşik qapısının ağzını natəmiz vəziyyətə salarlar.

Bir çox tədqiqatçılar bu adətin eyni variantının Türk­mənistanda da olduğunu söyləyirlər. Həmin gün uşaqlar qapı-qapı gəzib pay alırlar. Oxunan parçalar Ordubaddakına çox yaxındır:

Yukarıda bir ay var,
Ucu kızıl yay var.
Peygamberin saçagında
Bize konulmuş pay var.
Çok verenin oğlu olsun,
Az verenin kızı olsun,
Teyzecam, on oğlun olsun” .
M.Təhmasib “Məktəb jurnalında folklora münasibət” məqaləsində orucun 15-ci günü oxunulan mətnlərdən nü­munə vermişdir:

Orucun on beşinə gəldik sizə,
Qazanın qazmağını verin bizə.
Nə verir isəniz, veriniz bizə,
Şilə, şirni, ya da firni,
Bağa da bazardan gəldi.
Orucun on beşinə gəldik sizə,
Orucun niyazını verin bizə,
Xanım, ayağa dursanna!
Boşqabı doldursanna!
Uşağın, oğlun olsun,
Allahı sevər isən,
Bizi yola tez salsana!.

Mətndən göründüyü kimi, uşaqlara vermək üçün oru­cun 15-də evdə şirnilər hazırlanırdı. Xalqın yaddaşında bu günün tarixi ilə əlaqədar bir rəvayət də yaşamaqdadır: ”Mə­həmməd Peyğəmbərin uzun müddət övladı olmurmuş. Oru­cun 15-ci günü onun övladı dünyaya gəlir. Peyğəmbər bu münasibətlə uşaqlara şirniyyat alıb paylayır. Və bundan sonra hər il orucun 15-ci günündə hər bir ordubadlı ailə uşaq­lara şirniyyat paylayır”.

Bu adət bəzi fərqlərlə Azərbaycanın başqa region­la­rında – Şəki ərazisində də izlənməkdədir. Burada isə uşaq­ların pay istəməsi orucluq ayının 30-cu gününə təsadüf edir. Alacaqları pay da yumurtadan ibarət olur. Adəti özündə əks etdirən mətnə diqqət edək:

“Həşərəm, hüşərəm,
Yumurta vermiyənnən küsərəm,
Yumurta verənə oğlan olsun,
Vermiyənə qız olsun,
Adı da Fatma olsun,
Qaşdarı çatma olsun,
Baxtı da qara olsun”.

Qeyd edək ki, Ramazan ayının 15-ci günü Cənubi Azərbaycanın Təbriz şəhərində də qeyd olunur və bu münasibətlə “On beş aşı” adlanan yemək bişirilir.

Ramazan ayının müqəddəsliyi təkcə bu ayda icra olunan dini ayinlərlə kifayətlənmir, həm də milli faktorlar bunlara təsir edərək zənginləşdirir. Hər halda bu müqəddəs ayda icra olunan ayin və rituallar mənəvi-əxlaqi saflığa dəvət xarakteri daşıyır.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin müdiri,filologiya üzrə fəlsəfə doktoru dosent Aytən Cəfərova

Məqalədə: #Ramazan orucu #Ramazan ayı #Ramazan sahuru #Ramazan 2025 #Ramazan bayramı #Ramazan ibadətləri #Ramazan 2026 #Aytən Cəfərova

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47

Son Xəbərlər

BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.