8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev Azərbaycandır!” adlı konfrans keçirilib. Tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib, Ulu Öndərin dövlətçilik irsi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf strategiyasının əhəmiyyəti vurğulanıb. Konfrans çərçivəsində sərgi təşkil olunub və Heydər Əliyevin həyatına həsr edilən sənədli film nümayiş etdirilib.

8 May 2026 18:24
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

BAKI, VOA

Xaçmaz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev Azərbaycandır!” adlı konfrans təşkil olunub.

VOA xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova, Mahir Süleymanlı, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz rolundan, onun müdrik strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıb. Bildirib ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf yolu sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazanılıb. Elnur Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmaz rayonunda uğurlu layihələr həyata keçirilir, rayonun müasir memarlıq üslubu qorunmaqla yeni infrastruktur formalaşdırılır.

Daha sonra Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova və Mahir Süleymanlı çıxış edərək Heydər Əliyevin zəngin irsi, dövlətçilik məfkurəsi və xalq qarşısındakı əvəzsiz xidmətləri barədə fikirlərini bölüşüblər.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bildirib ki, Heydər Əliyev ideyaları əbədidir və bu ideyalar ətrafında birləşən Azərbaycan xalqı dövlətimizin daha da güclənməsi naminə fədakarlıqla çalışacaq.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən “Heydər Əliyev Azərbaycandır!” adlı sənədli film nümayiş etdirilib.

Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib
Məqalədə: #Prezident İlham Əliyev #Xaçmaz #ŞəhərsalmaVəMemarlıqİli ##HeydərƏliyev #HeydərƏliyevAzərbaycandır #ElnurRzayev #YeniAzərbaycanPartiyası #AzərbaycanDövlətçiliyi

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47

Son Xəbərlər

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.