10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi

Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan tərəfindən dəstəklənən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il 21-27 may tarixlərində dünyanın müxtəlif ölkələrində keçirilən “Türk Mətbəxi Həftəsi” proqramı çərçivəsində Türkiyənin Bakı Səfirliyi və Bakı Yunus Emre İnstitutu (YEE) tərəfindən təşkil olunub.

22 May 2026 09:15
Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi

BAKI,VOA, Fərid Mikayılov

Bakıda “Türk Mətbəxi Həftəsi” çərçivəsində keçirilən tədbirdə ənənəvi türk yeməkləri təqdim edilib.

VOA xəbər verir ki, tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan tərəfindən dəstəklənən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il 21-27 may tarixlərində dünyanın müxtəlif ölkələrində keçirilən “Türk Mətbəxi Həftəsi” proqramı çərçivəsində Türkiyənin Bakı Səfirliyi və Bakı Yunus Emre İnstitutu (YEE) tərəfindən təşkil olunub.

Tədbirdə Türkiyənin Bakı Səfiri Birol Akgün, Azərbaycan Mədəniyyət Nazirliyinin müavini Sədadət Yusifova, müxtəlif ölkələrin diplomatik nümayəndələri və millət vəkilləri iştirak edib. Qonaqlara yayla çorbası, dolma, çiğköfte, kısır, içli köftə, lahmacun, mantı, tandır kababı, ayva və balqabağı şirniyyatları daxil olmaqla türk mətbəxinin klassik yeməkləri, desertlər və içkilər təqdim edilib.

Səfir Birol Akgün çıxışında qeyd edib ki, “Əminə Ərdoğanın da vurğuladığı kimi, tariximizin kök saldığı geniş coğrafiyada mədəniyyətlərin bilikləri ilə yoğrularaq bu günə gəlib çıxan Türk mətbəxi, mədəni diplomatiya çərçivəsində təqdim edə biləcəyimiz ən gözəl hekayələrdən biridir.”

O əlavə edib ki, minillik mədəniyyət, ənənə, ictimai irs və nəsildən-nəslə ötürülən zəngin təcrübə ilə formalaşan Türk mətbəxi dünyaya təqdim edilməyə davam edir. Bu ilki “Türk Mətbəxi Həftəsi” “İrs Masası” mövzusu ilə keçirilir və ənənəvi yeməklər yalnız təriflərdən ibarət olmayıb, insanları bir araya gətirərək ortaq anlayış və aidiyyət hissini gücləndirir.

Səfir Akgün vurğulayıb ki, nəsildən-nəslə ötürülən zəngin mətbəx irsini əks etdirən, davamlılıq və sıfır tullantı prinsiplərinə əsaslanan, sağlam və ənənəvi Türk mətbəxini tanıtmaq böyük məmnuniyyətdir.

Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi Bakıda “Türk Mətbəxi Həftəsi” keçirildi
Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Mədəniyyət Nazirliyi #Əminə Ərdoğan #Birol Akgün #Türkiyənin Azərbaycandakı səfirliyi

Mövzu üzrə digər xəbərlər

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33

Son Xəbərlər

İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
20:16
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
20:10
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.