6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Bioqrafiya: Tanınmış simalar
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub

1 Yanvar 2024 15:17
Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub

Bakı. AzerPress:

Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən Qurani-Kərim ziyafəti təşkil olunub.

AzerPress xəbər verir ki, tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Dini Din İşləri müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Quranı oxumaq sünnət, dinləmək fərzdir. Biz unutsaq bizi də unudarlar. Biz xatırlasaq bizi də xatırlayarlar. Dünyada şəhid olan müsəlmanlara da Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz islam ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük vətən müharibəsi şəhidlərini rəhmətlə anıb. Artıq beşinci Quran ziyafətinin keçirildiyini və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb. Tədbirdə iştirak edən edən şəhid ana və atalarını, qardaş və bacılarını salamlayıb.

Anım proqramında iştirak edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçı tədbir iştirakçılarını salamlayıb, Türkiyədən gələn dəyərli qonaqlara öz təşəkkürünü bildirib. Həyata keçirilən bu kimi fəaliyyətlərin şəhidlərimizə hörmət və diqqətin nəticəsi olduğunu qeyd edib. Birlik və həmrəyliyin vətən uğrunda verilən mübarizədən başladığını vurğulayıb. Bu işdə vətən üçün ən yaxşı töhfəni isə şəhidlərin verdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bütün şəhidlərə Allahdan rəhmət diləyib. O öz çıxışında şəhidlər bizim qürur mənbəyimizdir. Onları anmaq, yad etmək hər birimizin borcudur deyib. Dünyada hər zaman sülh və əminamanlıq olmasını niyaz edib.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi Səbail rayonu üzrə bölgə Qazısı, Şəhidlər məscidinin imamı Mirzaid Qənbərov öz çıxışında tədbirin təşkilatçılarına və Türkiyədən gələn qonaqlara öz təşəkkürünü bildirib, xətm proqramının əhəmiyyətindən danışıb. Bütün şəhid ailələrinə Allahdan səbir diləyib və bu kimi tədbirlərin davamlı olmasını arzulayıb.

Rəsmi çıxışlardan sonra Bursa Mehrablı Külliyə Camii İmamı Hasan Akdağoğlu, Şəhadət Caminin İmamı Abdulkadir Açık və Ulu Caminin Müəzzini Adem Saygılı, Hafiz Elvin Qurbanov öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə töhfələrini veriblər. Bütün qiraətlərdən sonra məscid imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində məali tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub.

Bursa şəhəri Osmanqazi bölgəsinin təqaüddə olan müftisi Mehmet Açık tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.

Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.

Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub Həmrəylik günündə şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub
Məqalədə: #Azərbaycan #Cahit Bağcı

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.