7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət sualları
İslam və həyat: Şəriət sualları

İslamda bədənə qulluq olarmı?

İslam dini təmizlik və gigiyenaya böyük önəm verir. Quranda və hədislərdə müsəlmanların natəmizlikdən uzaq durması, bədəni təmiz saxlaması, dəstəmaz və qüslə riayət etməsi xüsusi vurğulanır. Allah təalə çirkdən və nəcasətdən təmizlənənləri sevdiyini bildirir, Peyğəmbərimiz ﷺ isə xüsusilə cümə günü qüsl alınmasını tövsiyə etmişdir. Həmçinin misvakdan istifadə, qoltuqaltı və qasıq tüklərinin təmizlənməsi, gözəl qoxu istifadə etmək kimi əməllər də sünnə sayılır.

9 Noyabr 2025 21:34
İslamda bədənə qulluq olarmı?

BAKI,AzerVoice

İslam dini təmizlik və gigiyenaya böyük önəm verir. Quranda və hədislərdə müsəlmanların natəmizlikdən uzaq durması, bədəni təmiz saxlaması, dəstəmaz və qüslə riayət etməsi xüsusi vurğulanır. Allah təalə çirkdən və nəcasətdən təmizlənənləri sevdiyini bildirir, Peyğəmbərimiz ﷺ isə xüsusilə cümə günü qüsl alınmasını tövsiyə etmişdir. Həmçinin misvakdan istifadə, qoltuqaltı və qasıq tüklərinin təmizlənməsi, gözəl qoxu istifadə etmək kimi əməllər də sünnə sayılır.

Bədən tüklərinə dair dini hökmlər üç qismə ayrılır

1. Təmizlənməsi tövsiyə edilən tüklər

Qoltuqaltı və qasıq tükləri bu qrupa daxildir. Peyğəmbərimiz ﷺ buyurmuşdur:

“Fitrətdən beş şeydir: dırnaqların kəsilməsi, bığın qısaldılması, övrət nahiyəsinin qırxılması, qoltuqaltı tüklərin təmizlənməsi və sünnət olunmaq.”

2. Qadağan olunanlar

Quranda və Sünnədə haram buyurulan hallara qadınların qaş aldırması misal göstərilir. Rəsulullah ﷺ bu əməli edənlərə və etdirənlərə lənət etmişdir.

3. Qadağan və ya əmr edilməyən, yəni hökmü olmayan tüklər

Sinə və bel tükləri bu kateqoriyaya daxildir. Bu məsələdə heç bir dini mətn (nass) olmadığından, hökm mübahdır - yəni kəsmək də olar, saxlamaq da. Burada əsas şərt odur ki, hərəkət günaha, fəsada və ya pis niyyətə səbəb olmasın.

Nə vaxt kəsmək məqbul, nə vaxt uyğun deyil?

Əgər sinə və bel tükləri gigiyenik narahatlıq yaradırsa - qaşınma, tərləmə, pis qoxu - kəsməkdə heç bir problem yoxdur. Əgər yaşam tərzi və ailədaxili narazılıqlara, evlilik münasibətlərində soyumağa səbəb olursa, kəsmək məsləhətdir.

Lakin tükləri homoseksuallara bənzəmək və ya əxlaqsızlıq məqsədi ilə qırxmaq dini baxımdan yolverilməzdir. Rəsulullah ﷺ qadınlara bənzəməyə çalışan kişiləri və kişilərə bənzəməyə çalışan qadınları lənətləmişdir.

Alimlərə görə:

Hənəfi məzhəbində sinə və bel tüklərini kəsmək ədəbdən kənar sayılır, lakin qadağan deyil.

Maliki məzhəbində isə tam şəkildə mübahdır.

İslamda kişilərin sinə və bel tüklərini təmizləməsi qadağan deyil. Əsas şərt gigiyena, niyyət və zərər faktorlarının nəzərə alınmasıdır. Əgər tüklər əziyyət verirsə və ya şəxsi və ailə həyatında narahatlıq yaradırsa, onları kəsmək tamamilə caizdir.

Məqalədə: #Peyğəmbərimizin Həyatı #Hz Peyğəmbər #Hənəfi məzhəbi #Peyğəmbərin nuru #Hənəfi məzhəbində dua qaydaları #Peyğəmbər və karantin #hənəfi məzhəbində qadın namazı #Bəqərə surəsində peyğəmbərlər #Peyğəmbər və Əbu Bəkr mağarada #Peyğəmbərin qorunması #Peyğəmbərin həyatı #Hənəfilər #Malikilər #İslamda bədənə qulluq #İslam dini #Bədən tüklərinə dair dini hökmlər #bığın qısaldılması #sünnət olunmaq

Mövzu üzrə digər xəbərlər

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?
İslam və həyat: Şəriət sualları

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

9 Avqust 07:21
Həcc ziyarətinin ən dəhşətli faciələrindən biri necə baş verdi?
Tarixdə bu gün

Həcc ziyarətinin ən dəhşətli faciələrindən biri necə baş verdi?

2 İyul 03:00
Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər
İslam və həyat: Şəriət sualları

Qadınların namazda səsli qiraəti: Məzhəblərə görə fərqli hökmlər

14 İyun 10:51

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.