9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Suriya prezidenti müvəqqəti konstitusiya bəyannaməsini imzalayıb

13 Mart 2025 21:34
Suriya prezidenti müvəqqəti konstitusiya bəyannaməsini imzalayıb

Bakı, AzerVoice

Suriya Prezidenti Əhməd əl-Şəraa müvəqqəti konstitusiya bəyannaməsini imzalayıb.

AzerVoice xəbər verir ki, Suriyalı hüquqşünaslar, siyasi elmlər üzrə mütəxəssislər, akademiklər və jurnalistlərdən ibarət komitə, işlərini tamamlayaraq müvəqqəti konstitusiya bəyannaməsini Şəraaya təqdim ediblər.

Paytaxt Dəməşqdəki Xalq Sarayında təşkil olunan mərasimdə, müvəqqəti konstitusiyanı hazırlayan komitənin üzvləri ilə yanaşı, Milli Dialoq Konfransının üzvləri, Suriya Alimlər Birliyinin rəhbəri Üsamə Rıfai və Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani iştirak edib.

Müvəqqəti konstitusiya bəyannaməsini imzalayan Şəraa, komitəyə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən müvəqqəti konstitusiya hazırlama komitəsinin üzvü, Suriyalı siyasi elmlər üzrə mütəxəssis Dr. Abdulhamid əl-Avak bəyannamə haqqında məlumat verib.

Müvəqqəti Konstitusiya Bəyannaməsinin Əsas Maddələri bunlardır:

1-ci Maddə: Suriya Ərəb Respublikası tam müstəqil və suveren dövlətdir. Onun coğrafi və siyasi birliyi bölünməzdir.

2-ci Maddə: Prezidentin dini İslamdır və İslam hüququ qanunvericiliyin əsas mənbəyidir. İnanc azadlığı təmin edilir. Dövlət, bütün səmavi dinlərə hörmət edir və ibadət azadlığını təmin edir. Lakin bu azadlıq, ictimai asayişi pozmamalıdır.

6-cı Maddə: Bütün vətəndaşlar qanun qarşısında bərabər hüquq və öhdəliklərə malikdir. Irq, din, cinsiyyət və ya soy fərqinə görə ayrı-seçkiliyə yol verilə bilməz.

7-ci Maddə: Dini icmaların şəxsi statusları, inanc və şəriətlərinə uyğun qorunur və tətbiq edilir. Müvafiq qanunvericilik çərçivəsində tənzimlənir.

8-ci Maddə: Dövlət, milli iqtisadiyyatı sosial ədalət, azad rəqabət və inhisarın qarşısının alınması prinsiplərinə əsasən tənzimləyir. İstehsal sektorlarını dəstəkləyir, investisiyaları təşviq edir və investorları qoruyaraq davamlı inkişafı gücləndirir.

13-cü Maddə: Dövlət, ifadə, düşüncə, mətbuat, nəşriyyat və media azadlığını təmin edir. Bu hüquqlar ictimai asayişin qorunması və başqalarının hüquqlarına hörmət çərçivəsində qanunla tənzimlənir.

14-cü Maddə: Dövlət, siyasi iştirak hüququnu və milli əsaslara söykənən partiya qurma azadlığını tanıyır. Partiya qanununun hazırlanması üçün xüsusi komissiya yaradılacaq və bu qanun qüvvəyə minənə qədər partiya fəaliyyətləri dayandırılacaq.

15-ci Maddə: Dövlət, insan hüquqlarını və əsas azadlıqları beynəlxalq konvensiyalara və humanitar normalara uyğun şəkildə qorumağı öhdəsinə götürür.

16-cı Maddə: Dövlət, ailəni cəmiyyətin təməli olaraq qoruyur və analıqla uşaqlığı dəstəkləməyi öhdəsinə götürür.

17-ci Maddə: Dövlət, qadının cəmiyyətdəki mövqeyini və aktiv rolunu qorumağı, hər cür zorakılıq və ayrı-seçkiliyə qarşı müdafiəsini təmin etməyi öhdəsinə götürür.

18-ci Maddə: Dövlət, uşaqları istismar və pis rəftardan qorumağı, onların təhsil və səhiyyə xidmətlərinə çıxışını təmin etməyi öhdəsinə götürür.

20-ci Maddə: Xalq Məclisi, Prezident tərəfindən təyin olunur və daimi konstitusiya qəbul edilənə və yeni parlament seçkiləri keçirilənə qədər qanunvericilik funksiyasını yerinə yetirir.

27-ci Maddə: Prezident dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanı və ölkə idarəçiliyinə cavabdeh olan ən yüksək vəzifəli şəxsdir.

35-ci Maddə: Məhkəmə hakimiyyəti müstəqildir. Hakimlər yalnız qanuna və vicdanlarına bağlıdır.

36-cı Maddə: Heç bir cinayət və ya cəza, qanuni bir tənzimləmə olmadan tətbiq edilə bilməz. Təqsirli olduğu sübuta yetirilməyən hər kəs günahsız hesab edilir. Fövqəladə məhkəmələr yaradıla bilməz.

Avak, bəyannamənin qüvvələr bölgüsü prinsipini təsdiqlədiyini vurğulayaraq qeyd edib ki, bu çərçivədə xüsusi məhkəmələr və fövqəladə hüquq orqanları ləğv ediləcək. Terror məhkəmələrinin verdiyi ədalətsiz qərarlar etibarsız sayılacaq. Mülki və əmlak hüquqları ilə bağlı fövqəladə təhlükəsizlik tədbirləri sona çatdırılacaq. Zərərçəkmişlərin hüquqlarının müəyyənləşdirilməsi və ədalətin təmin edilməsi üçün xüsusi komissiya yaradılacaq.

Avak, Suriyada keçid dövrü üçün nəzərdə tutulan müvəqqəti konstitusiya bəyannaməsinin 5 il qüvvədə qalacağını, bu müddət ərzində daimi konstitusiyanın yazılması üçün xüsusi komissiyanın yaradılacağını qeyd edib.

Məqalədə: #Suriya #Əsəd Həsən Şeybani #Əhməd Əl-Şaraa #Suriyada yeni konstitusiya

Mövzu üzrə digər xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

8 Sentyabr 14:09
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

8 Sentyabr 12:18
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.