7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Suriyada 16 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşə bilər - BMT

Suriyada son 60 ilin ən böyük quraqlığı səbəbindən 16 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşə bilər.

27 İyun 2025 19:33
Suriyada 16 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşə bilər - BMT

BAKI, AzerVoice

Suriyada son 60 ilin ən böyük quraqlığı səbəbindən 16 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşə bilər.

AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Suriyadakı nümayəndəliyi məlumat verib.

FAO nümayəndəsinin köməkçisi Həyyə Əbu Əssaf bildirib ki, buğda məhsulu maksimum 2,7 milyon ton, minimum isə 2,5 milyon ton olacaq. Bu miqdar ölkənin əhalisini doyurmağa kifayət etmir. O qeyd edib ki, təxminən 16,3 milyon insanın bu il ərzaqsız qalmaq riski var.

Əbu Əssafın sözlərinə görə, Suriyada yağıntı miqdarı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu, son 60 ilin ən pis iqlim şəraitidir. Hava şəraiti əkilən sahələrin 75 faizini təsirləndirib.

Qeyd edək ki, vətəndaş müharibəsindən əvvəl Suriya buğda baxımından özünü təmin edirdi və ildə orta hesabla 4,1 milyon ton buğda istehsal olunurdu. Lakin 2011-ci ildən başlayan və 14 ildir davam edən müharibə ölkə iqtisadiyyatını dağıdıb.

2011–2018-ci illərdə Suriyanın illik ümumi daxili məhsulu (ÜDM) 55 milyard dollardan 20 milyard dollara qədər azalıb. Əhalinin 80 faizi yoxsulluq həddinin altına düşüb, insanların orta ömür müddəti 20 il qısalıb. Ölkədə həkim, tibb bacısı, müəllim və dövlət qulluqçusu kimi ixtisaslı kadr çatışmazlığı yaşanır.

Xatırladaq ki, ötən ilin dekabrında Suriyada rejim dəyişib, prezident Bəşşar Əsəd devrilib və onun yerinə Əhməd əş-Şəraa prezident seçilib. Yeni hakimiyyət dünya ictimaiyyətindən ölkənin dağılmış iqtisadiyyatının bərpasında kömək istəyib. Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib, ABŞ isə onları qismən yumşaldıb.

Məqalədə: #BMT #Suriya #FAO #quraqlıq #Aclıq və qida çatışmazlığı

Mövzu üzrə digər xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

14:14
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.