7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Vasim Əsədə ölüm hökmü çıxarıldı

Dəməşqdəki 4-cü Cinayət Məhkəməsi sabiq Suriya prezidenti Bəşşar Əsədin əmisi oğlu Vasim Əsəd barəsində ölüm hökmü çıxarıb. Məhkəmə onu Şərqi Quta və Məlihə bölgələrində mülki şəxslərin qətlə yetirilməsi, işgəncələrə məruz qoyulması və silahlı qrupların yaradılmasında təqsirli bilib. Məhkəmənin qərarında bu əməllər müharibə və insanlıq əleyhinə cinayətlər kimi qiymətləndirilib.

18 Avqust 2026 15:47
Vasim Əsədə ölüm hökmü çıxarıldı

Dəməşqdəki 4-cü Cinayət Məhkəməsi sabiq Suriya prezidenti Bəşşar Əsədin əmisi oğlu Vasim Əsəd barəsində ölüm hökmü çıxarıb.

Məhkəmə onu Şərqi Quta və Məlihə bölgələrində mülki şəxslərin qətlə yetirilməsi, işgəncələrə məruz qoyulması və silahlı qrupların yaradılmasında təqsirli bilib. Məhkəmənin qərarında bu əməllər müharibə və insanlıq əleyhinə cinayətlər kimi qiymətləndirilib.

Vasim Əsədin rəhbərlik etdiyi silahlı qrupların 2011-ci ildən etibarən fəaliyyət göstərdiyi, mülki şəxslərin oğurlanması, qarət edilməsi və qanunsuz edamlarla əlaqəli olduğu bildirilib.

Dəməşq məhkəməsi Bəşşar Əsəd barədə ölüm hökmü çıxarıb Bunu da oxuyun Dəməşq məhkəməsi Bəşşar Əsəd barədə ölüm hökmü çıxarıb

Məhkəmə həmçinin işgəncə nəticəsində daimi əlilliyə səbəb olan qəsdən xəsarət yetirməyə görə 3 il, dələduzluğa görə isə daha 3 il həbs və cərimə müəyyən edib. Lakin daha ağır cəza kimi ölüm hökmünün tətbiqinə qərar verilib.

Məhkəmə narkotik vasitələrin qaçaqmalçılığı və ticarəti ilə bağlı ittihamlardan isə sübutların kifayət etməməsi səbəbilə Vasim Əsədə bəraət verib.

Qərara əsasən, onun əmlakına qoyulmuş həbs icra xarakterli həbsə çevrilib, zərərçəkənlərə kompensasiya ödənilməsi və qalan əmlakın dövlət xəzinəsinə keçirilməsi nəzərdə tutulub.

Məqalədə: #Müharibə cinayətləri #Əsəd rejimi #insanlıq əleyhinə cinayətlər #Vasim Əsəd #Bəşər Əsədin əmisi oğlu #Suriyada ölüm hökmü #Dəməşq Cinayət Məhkəməsi #Məlihə #Şərqi Quta #Suriyada keçid ədaləti

Mövzu üzrə digər xəbərlər

Suriyada keçmiş zabit öldürüldü
Suriya

Suriyada keçmiş zabit öldürüldü

31 Avqust 09:39
Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib
Digər Dövlətlər

Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

28 Avqust 19:14
Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib
Digər Dövlətlər

Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

26 Avqust 18:19
Keçmiş Əsəd generalı Livandan Suriyaya təhvil verildi
Suriya

Keçmiş Əsəd generalı Livandan Suriyaya təhvil verildi

20 Avqust 09:40

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.