Salahın "Trabzonspor" transferi Türkiyə turizminə necə təsir edəcək?
Misir millisinin və İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salahın "Trabzonspor"a transferi idmanla yanaşı, iqtisadi və turizm baxımından da mühüm nəticələr doğura bilər. Türk ekspertlərin fikrincə Salahın "Trabzonspor"a gəlişi təkcə futbol transferi kimi qiymətləndirilməməlidir.
Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?
Türkiyənin “Beşiktaş” klubu misirli futbolçu Məhaməd Salahın transferi üçün danışıqları davam etdirir. İstanbul təmsilçisi ulduz hücumçunun keçidini yaxın zamanda rəsmiləşdirməyə ümid edir. Klub rəhbərliyi Salah üçün ilkin olaraq təklif edilən 12 milyon avroluq məbləği artırmaq niyyətində deyil. “Beşiktaş” futbolçunun nümayəndələrinin yüksək maliyyə tələblərini qəbul etməyəcəyini bildirib.
Məhəmməd Salahdan "Panenka" şousu: Misir Avstraliyanı turnirdən kənarlaşdırdı
Dünya çempionatının 1/16 final mərhələsində Avstraliya ilə qarşılaşan Misir millisi, penaltilər seriyasında qazandığı dramatik qələbə ilə adını 1/8 finala yazdırıb. Matçın qəhrəmanı isə soyuqqanlı "Panenka" zərbəsi ilə komandasını irəli aparan Məhəmməd Salah olub.
Salah Dünya Çempionatında yeni klubunu açıqlayacaq?
Məhəmməd Salahın “Liverpul”la müqaviləsi iyunun 30-da başa çatır. Misir kapitanı hələ də yeni klubu seçməyib və gələcəyi qeyri-müəyyən olaraq qalır. İngiltərənin nəhəng klubları onun mövqeyində ciddi ehtiyac görmür, İtaliyaya qayıtmaq imkanları maaş və klub prioritetləri səbəbindən çətinləşir. Salah qalib gəlməyə alışıb və sadəcə iştirak üçün oynamır. Türkiyə Super Liqası, Səudiyyə Ərəbistanı Liqası və ABŞ MLS-liqası onun üçün mümkün variantlardır. Onun növbəti klubunu Dünya Çempionatı bitmədən açıqlayıb-açmayacağı maraq doğurur.
Məhəmməd Salahın yeni klubu hansı olacaq?
Dünya futbolunun ən böyük ulduzlarından biri olan Məhəmməd Salah gələn həftə özü üçün olduqca nadir bir vəziyyətlə qarşılaşa bilər. ArabAZ xəbər verir ki, “The Athletic” şəbəkəsinin məlumatına görə, misirli hücumçunun “Liverpul” ilə müqaviləsi iyunun 30-da başa çatır və o, növbəti klubu hələ də məlum olmadan 2026-cı il Dünya Çempionatının pley-off mərhələsində mübarizə aparacaq.
Salah Səudiyyə Ərəbistanına gələrsə, Ronaldo gedə bilər
Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundakı gələcəyi sual altına düşüb. Portuqaliyalı ulduzun, “Liverpul”un hücumçusu Mohamed Salahın Səudiyyə Ərəbistanı Pro Liqasına transfer olunacağı təqdirdə klubdan ayrılacağı iddia olunur.
Premyer Liqada ən çox vergi ödəyən futbolçular açıqlandı
Premyer Liqanın 10 futbolçusu 2025-ci il üçün Birləşmiş Krallığın Maliyyə Nazirliyinə ümumilikdə 100 milyon funt sterlinqdən çox vəsait ödəyib. Bu barədə "The Athletic Sunday" məlumat yayıb. Hesablamalar 10 yanvar tarixində təqdim edilmiş şirkətlərin maliyyə hesabatlarına əsaslanaraq, sahiblik payına uyğun aparılır. Şəxsi vergi ödənişləri, əgər şəxs Birləşmiş Krallığın vergi sakini sayılmırsa, nəzərə alınmır.
Misir futbol üzrə dünya çempionatına vəsiqə qazanıb
Misirin futbol üzrə milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Məhəmməd Salahın liderlik etdiyi komanda Cibuti yığmasını 3:0 hesabı ilə məğlub edərək mundiala vəsiqə əldə edən 19-cu komanda olub.