Türkiyə təbii qazda mühüm razılaşmalar əldə edib – Azərbaycan qazı üçün yeni fürsətlər açılır - Bayraktar
Türkiyə hazırda Azərbaycan qazının da daxil olduğu mənbələrdən təbii qazı idxal edir və bu qaz artıq Suriya və Avropaya ixrac olunur. İtaliyanın Milan şəhərində keçirilən forumda iştirak edən Bayraktar, Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada həm ikitərəfli görüşlərdən, həm də enerji sahəsindəki yeni addımlardan danışıb. “Qısa müddət ərzində Suriya ilə Türkiyənin qaz sistemlərini birləşdirdik və Azərbaycan qazının Suriya bazarına çıxışı təmin olundu. Həmçinin, İraqla sərhəddə yerləşən boru xətti vasitəsilə yaxın zamanda bu ölkəyə də qaz ixracına başlaya bilərik.”
BOTAŞ və Hartree arasında qaz müqaviləsi imzalanıb
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, İtaliyanın Milan şəhərində keçirilən Gastech 2025 tədbiri çərçivəsində milli enerji şirkəti BOTAŞ ilə beynəlxalq enerji ticarət şirkəti Hartree arasında yeni təbii qaz sazişinin imzalandığını açıqlayıb.