ABŞ və Səudiyyə nüvə sazişi imzaladı
ABŞ və Səudiyyə Ərəbistanı dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində əməkdaşlığa dair saziş imzalayıblar. Saziş iki ölkə arasında enerji və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin yaydığı məlumata görə, ABŞ-ın digər dövlətlərlə nüvə əməkdaşlığı həyata keçirməsi üçün tələb olunan "123 sazişi" çərçivəsində sənədi Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman və ABŞ-ın energetika naziri Kris Rayt imzalayıblar. Eyni zamanda tərəflər arasında ikitərəfli nüvə təminatları haqqında saziş də rəsmiləşdirilib.
İranın nüvə obyektlərinə zərər dəyməsi barədə əlamət yoxdur - Qrossi
BMT-nin nüvə nəzarəti orqanının rəhbəri Rafael Qrossi bazar ertəsi günü bildirib ki, rəhbərlik etdiyi agentlik ABŞ və İsrailin hərbi zərbələri zamanı İranın nüvə obyektlərinin zədələnməsi və ya vurulmasına dair heç bir göstəricinin olmadığı barədə qiymətləndirməsini qüvvədə saxlayır. Qeyd edək ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri bazar ertəsi günü səhər saatlarında Nətənzdəki nüvə müəssisəsinin hücuma məruz qaldığını açıqlamışdı. Lakin mətbuat konfransında çıxış edən Qrossi vurğulayıb ki, agentlik indiyədək İsrail və ABŞ-ın iyun ayında İranın nüvə poliqonlarına etdiyi hücumlarla müqayisə oluna biləcək hər hansı bir hal müşahidə etməyib.
MAQATE Qazaxıstanın atom elektrik stansiyası layihəsinə tam dəstək verəcək
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisi üzrə bütün mərhələlərdə dəstək göstərəcəyini təsdiqləyib. Görüşdə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev və MAQATE-nin baş direktoru Rafael Qrossi stansiyanın tikintisi, nüvə infrastrukturu, eləcə də nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı və səhiyyədə tətbiqi məsələlərini müzakirə ediblər.
ABŞ nüvə silahlarını Britaniyaya yerləşdirdi
ABŞ təxminən 20 illik fasilədən sonra ilk dəfə olaraq nüvə silahlarını Böyük Britaniya ərazisinə yerləşdirib.
ABŞ kəşfiyyat rəhbəri nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru və eyni zamanda keçmiş konqresmen Tulsi Gabbard X sosial media platformasında yaydığı videomüraciətlə nüvə hücumu təhlükəsinə dair ciddi xəbərdarlıq edib.