Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Ermənistanın Avropa İttifaqına üzv olması İrəvanın suveren hüququdur və Rusiya bu məsələ ilə bağlı Ermənistanla danışıqlar aparmır.Rusiya KİV-nin məlumatına görə, bunu Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində bildirib.
Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov
Azərbaycan və Rusiya bəzi istiqamətlər üzrə birbaşa aviareyslərin bərpasını planlaşdırır. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Moskvada Sergey Lavrovla keçirdiyi görüşdən sonra açıqlama verib. O bildirib ki, 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzasından sonra tətbiq edilən məhdudiyyətlərin qüvvədə olduğu bəzi marşrutlar üzrə uçuşlar yaxın vaxtlarda bərpa oluna bilər. Nazir həmçinin Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının ilin sonunadək keçiriləcəyini bildirib. Bundan əvvəl isə sentyabr ayında Şahin Mustafayev və Aleksey Overçuk arasında görüş planlaşdırılır. Görüşdə nəqliyyat, iqtisadi əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək. Tərəflər müntəzəm təmasların davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Birbaşa reyslərin bərpası iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm addım hesab olunur.
Overçuk Azərbaycana işgüzar səfərə gəlib
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzar səfərə gəlib.
Rusiyada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.