İran-Rusiya strateji əməkdaşlığı bütün sahələrdə sürətlə icra olunur - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyov və onu müşayiət edən nümayəndə heyətini Tehranda qəbul edib. görüşdə Tehran-Moskva münasibətlərinin yeni əməkdaşlıq mərhələsində “mükəmməl və inkişaf edən” səviyyədə olduğu vurğulanıb. Pezeşkian ikitərəfli təmasların sürətlənməsindən məmnunluğunu ifadə edib. Prezident iki ölkə arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlıq sazişinin güclü, sürətli və dəqiq şəkildə icrasına sadiq olduqlarını bildirib. Onun sözlərinə görə, nəqliyyat, energetika, neft və qaz, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik sahələrində razılaşdırılmış layihələrin həyata keçirilməsi davam edir.
Pezeşkian və Putin Beynəlxalq Sülh Forumunda danışıqlar aparacaq
İranın Rusiyadakı səfiri Kazem Cəlali təsdiqləyib ki, bu həftə İran və Rusiya prezidentləri Türkmənistanda görüş keçirəcək. Masud Pezeşkian və Vladimir Putin Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunun çərçivəsində danışıqlar aparacaqlar.
İranlı diplomat Rusiyanı İsrailə dəstək verməkdə ittiham etdi - Rusiya NATO üzvü Türkiyəyə S-400 satdı, amma bizə vermədi
Onun sözlərinə görə, həmin 12 günlük hava müharibəsi zamanı İsrail ABŞ-ın qısa müddətli iştirakı ilə İranın əsas nüvə obyektlərini bombalayıb, yüksək rütbəli hərbçiləri və nüvə alimlərini öldürüb. İsrail, həmçinin İranın hava hücumundan müdafiə sistemlərini demək olar ki, tamamilə sıradan çıxarıb və ballistik silah anbarlarına ciddi ziyan vurub.
İrana qarşı hücumları qınayırıq - Putin
Rusiya prezidenti Vladimir Putin Kreml sarayında İranın xarici işlər naziri Abbas Ərakçini qəbul edib.