Türkiyə hava məkanında tranzit uçuşlarda tarixi rekord
Avqustun 10-da Türkiyə hava məkanından 1 873 tranzit uçuş həyata keçirilib və bu göstərici bütün zamanların rekordunu yeniləyib. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, həmin gün 1 873 tranzit uçuşla tarixdə ən yüksək göstərici qeydə alınıb. Avqustun 9-da isə ümumilikdə 6 330 uçuşla ən yüksək gündəlik hava trafiki rəqəminə çatılıb. Rekord günündə orta hesabla hər 13,6 saniyədə bir uçuş reallaşıb.
”AJET” aviaşirkətinin Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.
Türkiyənin iki hava limanında sərnişin və uçuş sayında tarixi rekord qeydə alınıb - Uraloğlu
Avqustun 2-də İstanbul və Antalya hava limanlarında həm sərnişin sayı, həm də uçuş sayında bütün zamanların rekordu qırılıb.
Türk Hava Yolları Yaxın Şərq ölkələrinə uçuşları ləğv edib
Türk Hava Yolları (THY), İran və ABŞ arasında baş verən hərbi qarşıdurmalar səbəbilə Yaxın Şərq ölkələrinə uçuşları ləğv edib.