Britaniya hersoginyası filmə çəkiləcək
Britaniya şahzadəsi Harri ilə evləndikdən sonra aktyorluq fəaliyyətindən uzaqlaşan Meqan Marklın yenidən ekranlara qayıtması gündəmə gəlib. Onun “The Gentlemen” serialının üçüncü mövsümündə rol ala biləcəyi bildirilir. “CNN”ə danışan Meqan Markla yaxın mənbələrin sözlərinə görə, Sasseks hersoginyasının qarşıdakı dövrdə Londonda məskunlaşması onun aktyorluğa dönüş ehtimalını artırır. Qay Riçinin rejissoru olduğu serialın çəkilişlərinin Böyük Britaniyada aparılması da bu ehtimalı gücləndirir.
Britaniya şahzadələri niyə internat məktəbinə göndərilir?
Britaniya kral ailəsinin internat məktəbində təhsil ənənəsi bu il şahzadə Corcun İton məktəbinə başlaması ilə davam edəcək. 13 yaşlı şahzadə Corc sentyabrda ailəsindən ayrılaraq İtonda təhsil alacaq. Məktəb 1440-cı ildə yaradılıb və sonradan aralarında 20 keçmiş baş nazirin də olduğu çoxsaylı tanınmış məzun yetişdirib.
Kral ailəsində gərginlik fonunda Şahzadə Harri ölkəyə qayıtdı
Şahzadə Harri rəsmi tədbirlərdə iştirak etmək üçün Böyük Britaniyaya gəlib. O, səfərə həyat yoldaşı Meqan Markl və övladları olmadan yollanıb. Məlumata görə, Şahzadə Harri bu dəfə Bukinqem Sarayında qalmayacaq. Bildirilir ki, buna səbəb saraydan göndərilən dəvəti vaxtında qəbul etməməsi olub. Kral ailəsinə yaxın mənbələr bu hadisənin III Çarlz ilə Şahzadə Harri arasında münasibətlərin hələ də gərgin olduğunu göstərdiyini bildirirlər. Son illərdə ata və oğul arasında münasibətlər tez-tez ictimai müzakirə mövzusu olub. Şahzadə Harrinin səfəri çərçivəsində bir sıra rəsmi görüşlərdə iştirakı gözlənilir. Kral ailəsi ilə münasibətlərin inkişafı isə diqqətlə izlənilir.
Kral III Çarlz və şahzadə Harrinin köməkçiləri gizli görüş keçiriblər
Böyük Britaniya kralı III Çarlz və şahzadə Harri arasında gərgin münasibətlərin yumşaldılması istiqamətində ilk addım atılıb.