Ankarada Türkiyə-Almaniya zirvəsi başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Mertsi rəsmi mərasimlə qarşılayıb. Ərdoğan, Mertsi Prezident Külliyəsinin əsas giriş qapısında qəbul edib. Liderlər mərasim meydanında yerlərini tutduqdan sonra, 21 top atəşi müşayiətilə iki ölkənin dövlət himnləri səsləndirilib. Mərasimdə tarix boyu qurulmuş 16 türk dövlətini təmsil edən bayraqlar və hərbçilər də yer alıb.
Türkiyə ilə yaxın tərəfdaşlığı genişləndirmək istəyirik - Merts
Almaniya Başbakanı Fridrix Merts, Türkiyə ilə Almanya arasındakı yaxın və çoxşaxəli münasibətləri daha da inkişaf etdirmək istədiyini açıqlayıb. Merts, Ankarada keçiriləcək görüşlərindən əvvəl ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edərək, iki ölkə arasındakı əlaqələrin çox yönlü olduğunu vurğulayıb. “Türkiyə ilə bizi xüsusi və çoxşaxəli münasibətlər birləşdirir. Bunlar yalnız xarici və təhlükəsizlik siyasəti ilə məhdudlaşmır, eyni zamanda miqrasiya, enerji və ticarət sahələrini də əhatə edir.” - deyə Merts qeyd edib.
Türkiyə Almaniyadan “Eurofighter” almağa yaxınlaşır
Türkiyə “Eurofighter” təyyarələri üçün Almaniya ilə danışıqlara başlayıb.
Ərdoğan və Merz İsrail-İran gərginliyini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın yeni kansleri Fridrix Merz ilə telefon danışığı aparıb.