Husilər Qırmızı dənizdə İsrailə məxsus tankeri vurub
Lakin Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) hücumun uğursuz olduğunu açıqlayıb. UKMTO-nun məlumatına görə, gəmi heyəti yaxınlıqda naməlum mərminin suya düşdüyünü müşahidə edib və güclü partlayış səsi eşidib. Hadisə nəticəsində xəsarət alan olmayıb, tanker isə səfərinə davam edib.
İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər ölüb
Israil bazar günü Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 86 nəfərin yaralandığı bildirilir. Husilərin idarə etdiyi Əl-Məsirə televiziyasının məlumatına görə, Husi hökumətinə bağlı Yəmənin Səhiyyə Nazirliyi dünənki hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada, “Düşmən İsrail təyyarələrinin Sənaya hücumları nəticəsində ölən şəhidlərin sayı 6-ya, yaralıların sayı isə 86-ya yüksəlib.“ - deyə bildirilib. Husi hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi dünən gecə İsrailin hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 67 nəfərin yaralandığını açıqlayıb.
İsrail hava limanını Yəməndən atılan raket səbəbindən bağlanıb
İsrail mediası, xüsusilə Kanal 12 televiziyası raketin aşkarlanmasından sonra paytaxt Təl-Əviv və ətraf bölgələrdə sirenlərin çaldığını bildirib. İsrail ordusunun məlumatına görə, Yəməndən atılan raket İsrailin mərkəzinə doğru yönəlibsə də, hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Buna baxmayaraq, raketin parçalarının müxtəlif ərazilərə düşdüyü qeyd edilib. İsrailin fövqəladə yardım xidməti “Davudun Qırmızı Ulduzu” isə sirenlərdən sonra sığınacaqlara qaçan bəzi vətəndaşların yüngül xəsarətlər aldığını açıqlayıb. Lakin xəsarət alanların dəqiq sayı barədə məlumat verilməyib.
Yəməndə İsrail Ordusunun zərbə endirdiyi elektrik stansiyasında bərpa işləri aparılır
Husilərə məxsus “Al Masirah” telekanalının məlumatına görə, zərbədən sonra stansiya fəaliyyətini dayandırıb və yanğın baş verib. Yanğın qısa müddət ərzində söndürülüb. Hazırda texniki xidmət və bərpa işlərinə başlanılıb. Husi hökumətinin baş nazir müavini Məhəmməd Miftah obyektin əvvəlki vəziyyətinə qaytarılacağını bildirib.
Ərəb ölkələri İsrailə qarşı vahid mövqe sərgiləməlidir - Yəmən
Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşat, İslam və Ərəb ölkələrinin hökumətlərini və xalqlarını İsrail rejiminin artan təhdidlərinə qarşı dərhal və birgə mövqe sərgiləməyə çağırıb.
İsrail hava məkanını bağlayıb
Yəməndən işğal olunmuş ərazilərə doğru raket buraxılması nəticəsində ölkənin hava məkanı bağlanıb.
Yəmən husiləri İsrailə növbəti raket hücumu edib
İsrail Müdafiə Qüvvələri (IDF) hücum səbəbilə Qüds və İordan çayının qərb sahilindəki bir sıra yaşayış məntəqələrində hava hücumu siqnalının səsləndiyini açıqlayıb.
İsrailə Yəməndən raket hücumu edilib
İranın dəstəklədiyi Yəmənli husilər İsrailin müxtəlif bölgələrinə raket hücumu həyata keçirib.