8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Yəməndə İsrail Ordusunun zərbə endirdiyi elektrik stansiyasında bərpa işləri aparılır

Husilərə məxsus “Al Masirah” telekanalının məlumatına görə, zərbədən sonra stansiya fəaliyyətini dayandırıb və yanğın baş verib. Yanğın qısa müddət ərzində söndürülüb. Hazırda texniki xidmət və bərpa işlərinə başlanılıb. Husi hökumətinin baş nazir müavini Məhəmməd Miftah obyektin əvvəlki vəziyyətinə qaytarılacağını bildirib.

17 Avqust 2025 12:05
Yəməndə İsrail Ordusunun zərbə endirdiyi elektrik stansiyasında bərpa işləri aparılır

BAKI, AzerVoice, Səməd Əyyubov

Xəbər verdiyimiz kimi, İsrail Müdafiə Ordusu (SAXAL) Yəməndə husilərin nəzarətində olan paytaxt Sənada yerləşən “Xaziz” istilik elektrik stansiyasına zərbə endirib.

AzerVoice xəbər verir ki, husilərə məxsus “Al Masirah” telekanalının məlumatına görə, zərbədən sonra stansiya fəaliyyətini dayandırıb və yanğın baş verib. Yanğın qısa müddət ərzində söndürülüb. Hazırda texniki xidmət və bərpa işlərinə başlanılıb. Husi hökumətinin baş nazir müavini Məhəmməd Miftah obyektin əvvəlki vəziyyətinə qaytarılacağını bildirib.

İsrail ordusunun mətbuat xidməti isə bəyan edib ki, əməliyyat husilərin enerji infrastrukturuna qarşı həyata keçirilib və bu addım husilərin İsrailə qarşı hücumlarına cavab olaraq atılıb.

Xatırladaq ki, Qəzza zolağında 2023-cü ildə başlayan müharibədən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və ona bağlı gəmilərin Qırmızı dənizdən və Bəb ül-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Yanvar ayında Qəzzada atəşkəs elan ediləndən sonra bu hücumlar müvəqqəti dayandırılmışdı. Lakin martın əvvəlində atəşkəsin pozulmasından sonra husilər yenidən İsrail gəmilərinə qarşı Qırmızı dənizdə hücumlara başladılar və sonrakı dövrdə Ben Qurion hava limanı da daxil olmaqla İsrail ərazisindəki hədəflərə qarşı zərbə endirməyə cəhd etdilər.

Məqalədə: #İsrail #Yəmən #Husilər #İsrail ordusu #Yəməndə Husiilər 2025 #Husilər və regional geosiyasət #Husilərin hərbi strategiyası #Elektrik stansiyaları #Husilərin raket hücumları #Yəməndə husilərə qarşı əməliyyat #Husilərin hücum cəhdi #Yəmən husiləri İsrail hücumu

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.