ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Qəzzada tibbi təxliyə gözləyən 1092 xəstənin həyatını itirdiyini bildirib. Gebreyesus bu barədə ABŞ mərkəzli X sosial şəbəkə platformasında paylaşım edib. O qeyd edib ki, ÜST və tərəfdaşları 2023-cü ilin oktyabr ayından etibarən aralarında 5 min 600-dən çox uşağın da olduğu, ağır sağlamlıq problemləri yaşayan 10 min 600-dən artıq xəstəni Qəzzadan təxliyə edib. Bununla belə, müalicə almaq üçün təxliyə gözləyən çoxlu sayda xəstə hələ də Qəzzada qalmaqdadır.