Dünya Bankası Suriyaya 100 milyon dollar qrant ayıracaq
Dünya Bankası 14 il davam edən münaqişələrdən sonra maliyyə sektorunu yenidən qurmağa çalışan Suriyaya 100 milyon dollarlıq qrant ayıracaq. Dünya Bankasının İcraçı Direktorlar Şurasının Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) tərəfindən təqdim ediləcək qrantı avqustun 6-da təsdiqlədiyi bildirilib. Maliyyələşdirmə Suriya Maliyyə Sektorunun Modernləşdirilməsi Layihəsi çərçivəsində həyata keçiriləcək. Layihənin əsas məqsədi ölkədə maliyyə əməliyyatlarını daha təhlükəsiz, sürətli və şəffaf etmək, həmçinin əhalinin maliyyə xidmətlərinə çıxışını genişləndirməkdir.
Suriyanın yeni valyutasından gözləntilər nələrdir?
Suriyada köhnə milli valyutanın yenisi ilə əvəzlənməsi prosesi iyulun 30-da başa çatır. İyulun 31-dən etibarən köhnə əskinaslar hüquqi ödəniş vasitəsi statusunu itirəcək və gündəlik maliyyə əməliyyatlarında istifadə oluna bilməyəcək. Yeni qaydalara əsasən, bu tarixdən sonra köhnə əskinasların dəyişdirilməsi yalnız Dəməşqdə yerləşən Suriya Mərkəzi Bankı vasitəsilə mümkün olacaq. Bunun üçün vətəndaşlar bank hesabı açmalı, şəxsiyyətlərini təsdiq etməli və təqdim etdikləri əskinaslar yoxlamadan keçirilməlidir.
Suriyada elektron ticarət platforması yaradılacaq - Maliyyə islahatları sürətlənir
Suriya maliyyə sabitliyini gücləndirmək məqsədilə yeni valyuta və qızıl bazarının yaradılacağını açıqlayıb. Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir Hüseyrinin sözlərinə görə, Dəməşqdə xarici valyuta və qızıl üzrə tənzimlənən elektron ticarət platforması yaradılacaq.
Suriyada yeni əskinaslar dövriyyəyə buraxılacaq
Suriya Mərkəzi Bankının sədri Əbdülqədir Husariyyə ölkədə həyata keçirilən pul və maliyyə islahatları çərçivəsində yeni əskinasların mərhələli şəkildə dövriyyəyə buraxılacağını açıqlayıb. Husariyyə bildirib ki, yeni əskinaslar saxtakarlığın qarşısını almaq üçün yüksək təhlükəsizlik elementləri ilə hazırlanacaq.