5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Dünya Bankası Suriyaya 100 milyon dollar qrant ayıracaq

Dünya Bankası 14 il davam edən münaqişələrdən sonra maliyyə sektorunu yenidən qurmağa çalışan Suriyaya 100 milyon dollarlıq qrant ayıracaq. Dünya Bankasının İcraçı Direktorlar Şurasının Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) tərəfindən təqdim ediləcək qrantı avqustun 6-da təsdiqlədiyi bildirilib. Maliyyələşdirmə Suriya Maliyyə Sektorunun Modernləşdirilməsi Layihəsi çərçivəsində həyata keçiriləcək. Layihənin əsas məqsədi ölkədə maliyyə əməliyyatlarını daha təhlükəsiz, sürətli və şəffaf etmək, həmçinin əhalinin maliyyə xidmətlərinə çıxışını genişləndirməkdir.

8 Avqust 2026 14:44
Dünya Bankası Suriyaya 100 milyon dollar qrant ayıracaq

BAKI,VOA Orxan Qədirzadə

Dünya Bankası 14 il davam edən münaqişələrdən sonra maliyyə sektorunu yenidən qurmağa çalışan Suriyaya 100 milyon dollarlıq qrant ayıracaq.

Dünya Bankasının İcraçı Direktorlar Şurasının Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) tərəfindən təqdim ediləcək qrantı avqustun 6-da təsdiqlədiyi bildirilib.

Maliyyələşdirmə Suriya Maliyyə Sektorunun Modernləşdirilməsi Layihəsi çərçivəsində həyata keçiriləcək. Layihənin əsas məqsədi ölkədə maliyyə əməliyyatlarını daha təhlükəsiz, sürətli və şəffaf etmək, həmçinin əhalinin maliyyə xidmətlərinə çıxışını genişləndirməkdir.

Suriya maliyyə sektoru yenidən qurulacaq

Dünya Bankının məlumatına görə, uzunmüddətli münaqişələrdən sonra Suriya maliyyə sektoru hələ də kiçikmiqyaslı, əsasən bank mərkəzli və nağd ödənişlərdən yüksək dərəcədə asılı vəziyyətdədir.

Rəqəmsal ödəniş infrastrukturunun yetərli olmaması, eləcə də nəzarət və maliyyə sabitliyi sistemlərindəki problemlər əməliyyat xərclərini artırır, maliyyə resurslarına çıxışı məhdudlaşdırır və Suriyanın beynəlxalq maliyyə kanalları ilə yenidən əlaqə qurmasını çətinləşdirir.

Layihə çərçivəsində maliyyə infrastrukturunun modernləşdirilməsi, bank sektorunun inkişafı və nəzarət mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Suriya Mərkəzi Bankı və Maliyyə Kəşfiyyatı Bölməsinin institusional və əməliyyat imkanlarının artırılması planlaşdırılır.

Rəqəmsal ödəniş infrastrukturu gücləndiriləcək

Maliyyə axınlarının təhlükəsiz, səmərəli və şəffaf həyata keçirilməsi üçün ödəniş və maliyyə bazarı infrastrukturu ilə yanaşı, kredit infrastrukturu üzrə texnoloji sistemlərin də maliyyələşdirilməsi nəzərdə tutulur.

Suriya Mərkəzi Bankının əsas bank sistemi, informasiya texnologiyaları və kibertəhlükəsizlik imkanlarının inkişafına da investisiya yatırılacaq.

İldə 15 milyon elektron ödəniş hədəfi

Layihə çərçivəsində Suriya maliyyə sektorunun əsas sistemlərinin yenidən fəaliyyətə gətirilməsi və ildə ən azı 15 milyon elektron pərakəndə ödəniş əməliyyatının həyata keçirilməsi hədəflənir.

Bununla yanaşı, ən azı 500 min nəfər və müəssisənin rəqəmsal ödənişlərdən aktiv istifadəsinin təmin edilməsi planlaşdırılır.

Layihədə qadınların rəqəmsal maliyyə xidmətlərinə çıxışının artırılmasına da xüsusi diqqət yetiriləcək. Rəqəmsal ödəniş sistemlərindən istifadə edəcək şəxslər və müəssisələr arasında ən azı 150 min qadının olması hədəflənir.

Məqalədə: #Suriya Mərkəzi Bankı #Dünya Bankı Suriya #Suriyaya 100 milyon dollar qrant #Suriya maliyyə sektoru #Suriya maliyyə sektorunun modernləşdirilməsi #Suriya iqtisadiyyatının bərpası #Beynəlxalq İnkişaf Assosiasiyası #IDA qrantı #Suriyada rəqəmsal ödənişlər

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.