Çində 200 milyon illik yeni dinozavr növü tapılıb
“Wudingloong wui” adlandırılan bu növ təxminən 200 milyon il əvvəl — erkən Yura dövrünə aid edilir. Alimlər bildiriblər ki, Şərqi Asiyada indiyə qədər aşkarlanmış ən qədim Sauropodomorpha fosili olan “Wudingloong wui” kiçik ölçülü, uzun barmaqlı və ehtimal ki, iki ayaq üzərində hərəkət edən bir dinozavr olub. Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.
Elm adamları milyon illik kərgədan fosilindən zülal çıxarıb
Kanada Arktikasında tapılan 24 milyon illik fosilləşmiş kərgədan dişindən qədim zülalların çıxarılması elm aləmində böyük maraq doğurub.