Filippində 6,3 bal gücündə zəlzələ baş verib
Filippinin cənub sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, təbii fəlakət nəticəsində sunami təhlükəsi elan edilməyib, ilkin məlumatlara görə ölən və xəsarət alanlar barədə məlumat yoxdur. USGS-in məlumatına əsasən, zəlzələ çərşənbə günü yerli vaxtla saat 12:14-də (04:14 GMT) Sarangani adasından təxminən 32 kilometr cənub-qərbdə baş verib.
Adalar dənizində 3,5 bal gücündə zəlzələ baş verib
Adalar dənizində, Kuşadası körfəzi yaxınlığında 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatında bildirilib. İlkin məlumata əsasən, zəlzələ nəticəsində insan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın qərbində yerləşən Şimane və Tottori prefekturalarında 6,2 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına əsasən, zəlzələnin episentri Şimane prefekturasının şərqində yerləşib və ocağı 10 kilometr dərinlikdə olub. Yeraltı təkanlar Yaponiyanın qərb bölgələrində geniş ərazidə hiss edilib, televiziya yayımları və mobil cihazlar üzərindən erkən xəbərdarlıq siqnalları aktivləşdirilib.
Rixter şkalası zəlzələləri necə ölçür?
Rixter şkalası zəlzələlərin böyüklüyünü ölçmək üçün standart alətlərdən biridir. 1935-ci ildə amerikalı seysmoloq Çarlz Rixter tərəfindən hazırlanmış bu metod, zəlzələnin ən böyük seysmik dalğasının seysmoqrafda qeydə alınan amplitudası əsasında hesablanır.
Myanma-Hindistan sərhədində 5,3 bal gücündə zəlzələ baş verib
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Episentri Myanmanın Hindistanla sərhədində yerləşən Mövlaik bölgəsi olub. Zəlzələ yerli vaxtla saat 11:26-da təxminən 10 kilometr dərinlikdə baş verib. Yeraltı təkan Hindistanın Myanma ilə sərhədi yaxınlığındakı Aizawl şəhərində də hiss olunub. Zəlzələ ilə bağlı dəyən zərər rəsmi qurumlar tərəfindən qeydə alınmayıb.
İndoneziyada 5,8 bal gücündə zəlzələ olub
İndoneziyanın ikinci ən böyük adası olan Sulavesidə 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri paytaxt Cakartadan təxminən 2 min kilometr uzaqlıqda, Poso şəhərinin 12 kilometr şimal-qərbində olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Əlcəzairdə 5,8 bal gücündə zəlzələ olub
Əlcəzairin şərqində yerləşən Tebessa şəhərində 5,8 bal gücündə zəlzələ baş verib. Əlcəzair Astronomiya, Astrofizika və Geofizika Tədqiqatları Mərkəzi yeraltı təkanların episentrinin Neqrin rayonundan 10 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Solomon Adalarında 6,2 bal gücündə zəlzələ baş verib
Solomon Adalarına məxsus Santa-Krus arxipelaqı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.