Çin ABŞ və İrana müraciət etdi: Müharibəni dayandırın
ABŞ və İran arasında hərbi gərginliyin eskalasiya etməsi və qarşılıqlı raket zərbələrinin endirilməsi fonunda rəsmi Pekin Yaxın Şərqdəki vəziyyətlə bağlı beynəlxalq birliyə təcili çağırış edib. Çin Xarici İşlər Nazirliyi regionda alovlanan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.
Qətər heyəti Tehrana getdi
Qətər dövlətinin rəsmi nümayəndə heyəti İranın paytaxtı Tehrana rəsmi səfər edib. ABŞ-ın tətbiq etdiyi dəniz blokadası fonunda bölgədə alovlanan genişmiqyaslı müharibənin dayandırılması və diplomatik həll yollarının tapılması müzakirə ediləcək əsas mövzular arasında yer alır.
Ağ Evdən Tehrana son xəbərdarlıq: Saziş imzalanmasa, infrastruktur məhv ediləcək
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının effektivliyindən bəhs edib. ABŞ Prezidenti həmçinin blokada nəticəsində rəsmi Tehranın iqtisadiyyatının çökdüyünü, ordunun maaşlarını və digər dövlət borclarını ödəyə bilmədiyini iddia edərək, İranın sürətlə "uğursuz dövlətə" çevrildiyini vurğulayıb.
Helikopter qəzası hücum etmək üçün bəhanədir - İran
İran Xarici İşlər Nazirliyi, ABŞ ordusuna məxsus helikopterin qəzaya uğramasını bəhanə gətirərək Birləşmiş Ştatların ölkənin cənub bölgələrinə təşkil etdiyi hava zərbələrini kəskin pisləyib və bu addımı beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.
İran ABŞ-ın “Trampa sui-qəsd planı” iddiasını rədd edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaii bildirib ki, ABŞ Dövlət Katibi Marko Rubionun, Konqresdə çıxışı zamanı bir İran agentinin ABŞ Prezidenti Donald Tramp və digər yüksək səviyyəli amerikalı siyasətçilərə sui-qəsd planlamasından məhkum edildiyi yönündəki iddiaları yanlışdır.
İranın Küveytdə ABŞ qüvvələrinə hücumu uğursuz olub - CENTCOM
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) bildirib ki, İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) Küveytdəki ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi hücum “uğursuz olub”. CENTCOM hava müdafiəsi sistemlərinin çoxsaylı PUA-ları uğurla vurduğu, ABŞ hərbçilərinə və mövcudluğuna isə heç bir zərərin dəymədiyi bildirilib.
İran ABŞ və İsraili atəşkəsi pozmaqda ittiham etdi
İran Xarici İşlər Nazirliyi ABŞ və İsraili Livan da daxil olmaqla bütün cəbhələrdə atəşkəsi pozmaqda ittiham edib. İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, atəşkəsin hər hansı bir cəbhədə pozulması bütün cəbhələrdə pozulması anlamına gəlir. İsrailin Livandakı suverenliyi və ərazi bütövlüyünü pozması, bombardman kampaniyası nəticəsində minlərlə insanın həlak olması, iki milyon nəfərin evsiz qalması və mülki infrastrukturların dağıdılması son iki ayda baş verib.
ABŞ ilə mümkün saziş layihəsi hələ də Tehranda incələnir - İran
İran mediası ABŞ ilə mümkün sazişin layihəsinin hələ də Tehranda incələndiyini və hələlik rəsmi cavabın göndərilmədiyini bildirib. İranın Mehr Xəbər Agentliyi ABŞ ilə danışıqlar prosesinə dair məlumatlı mənbəyə istinadən yayımladığı xəbərdə qeyd edib ki, layihə hələ də Tehran tərəfindən nəzərdən keçirilir və danışıqların vasitəçisi olan Pakistan tərəfinə heç bir rəsmi cavab verilməyib.
ABŞ və İran arasında razılaşma hər zamankından daha yaxındır - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqlarla bağlı nikbin açıqlama verib. Fidanın sözlərinə görə, ABŞ-İran müharibəsində diqqət hazırda Hörmüz boğazına yönəlib. O qeyd edib ki, boğazın faktiki blokadası həm Vaşinqton, həm də Tehran üçün ciddi təzyiq yaradır və bunun beynəlxalq təsirləri olduqca böyükdür.
İran iqtisadiyyatı iflas həddindədir - ABŞ maliyyə naziri
ABŞ-ın maliyyə naziri Skott Bessent İran iqtisadiyyatının “çökmə həddinə çatdığını” iddia edib. Onun sözlərinə görə, bu proses “rəqəmsal cüzdanların birbaşa ələ keçirilməsi” kimi həyata keçirilib. Nazir iddia edib ki, İran iqtisadiyyatı ciddi böhran içindədir: hərbçilərin 40–50 faizi maaş almır, polis qüvvələri xidmətə çıxmır, inflyasiya 200 faizdən yuxarıdır və hökumət ərzaq talonları paylayır.
ABŞ və İran təhlükəli mərhələdədir - Kallas
Kaya Kallas ABŞ və İran arasında yaranmış gərgin vəziyyətlə bağlı açıqlama verib. Kallas bildirib ki, tərəflər hazırda “müharibə və sülh arasında olduqca təhlükəli bir zona”dadır və vəziyyətin daha da gərginləşməsi heç kimin maraqlarına uyğun deyil.
ABŞ-ın Körfəzdə təhlükəsiz sığınacağı olmayacaq - Müctəba Xamenei
İranın ali lideri Müctəba Xamenei Körfəz regionunda ABŞ-ın hərbi bazaları üçün “təhlükəsiz sığınacaq” olmayacağını açıqlayıb. Bildirilir ki, İran və Vaşinqton arasında üç ay davam edən müharibəyə son qoymaq üçün çərçivə razılaşması müzakirə olunur.