Hindu Kuş bölgəsində güclü zəlzələ Əfqanıstan və Pakistanda hiss olunub
Əfqanıstanın Hindu Kuş bölgəsində güclü zəlzələ baş verib və yeraltı təkanlar həm Əfqanıstan, həm də Pakistan ərazilərində hiss olunub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ paytaxt Kabil də daxil olmaqla geniş ərazidə hiss edilib. Pakistanın şimalındakı Svat bölgəsində insanlar təşviş içində evlərini tərk ediblər. Yerli sakinlər güclü silkələnmənin qısa müddət davam etdiyini bildiriblər. İlkin məlumatlara görə, insan tələfatı və ciddi dağıntılar barədə rəsmi açıqlama verilməyib. Səlahiyyətli qurumlar vəziyyəti izləyir. Bölgə seysmik baxımdan aktiv zonalardan biridir. Daha ətraflı məlumatın yaxın saatlarda verilməsi gözlənilir.
İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək
İran gələn həftə Pakistan ilə Əfqanıstanın Taliban hökuməti arasında növbəti vasitəçilik görüşünə ev sahibliyi etməyə hazırlaşır. Tehrandakı görüşü fərqləndirən əsas məqam regional güclər Çin və Rusiyanın iştirakının gözlənilməsidir. Bu, Pakistan–Əfqanıstan xəttində artan gərginliyin daha geniş regional stabilliyə təhdid kimi qiymətləndirildiyini göstərir.
Bu gün ABŞ Əfqanıstanı işğal etməyə başladı
2001-ci ilin 7 oktyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Talibanın nəzarətində olan Əfqanıstana hücum əməliyyatına başladı. ABŞ və Böyük Britaniya qüvvələrinin intensiv hava bombardmanı ilə başlanan əməliyyata Fransa, Almaniya, Avstraliya və Kanada kimi ölkələr logistik dəstək göstərdi. Daha sonra Talibana qarşı mübarizə aparan Şimal İttifaqının döyüşçüləri də əməliyyata qoşuldu. Əfqanıstanın işğalı ABŞ-ın “terrora qarşı müharibə” adlandırdığı kampaniyanın ilk mərhələsi idi və 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilmiş terror hücumlarına cavab kimi həyata keçirilirdi. Bu münaqişə 20 ilə yaxın davam etdi və ABŞ tarixinin ən uzunmüddətli müharibəsinə çevrildi.
Türkmənistan və Əfqanıstan iqtsadi əməkdaşlığı genişləndirir
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə Əfqanıstanın xarici işlər naziri Amir Xan Muttaki arasında telefon danışığı keçirilib. Danışıq zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Özbəkistan Əfqanıstanadakı zəlzələ qurbanlarına yardım göndərdi
Özbəkistan hökuməti qonşu Əfqanıstanada baş verən dağıdıcı zəlzələdən sonra humanitar yardım göndərib. Baş nazir Abdulla Aripov Daşkənddə Əfqanıstan səfirliyində təşkil edilən matəm mərasimində iştirak edib və zəlzələ qurbanlarının xatirəsini yad edib.
Türkmənistan Əfqanıstana humanitar yardım göndərəcək
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Əfqanıstan xalqına humanitar yardım göndərilməsi barədə fərman imzalayıb. Türkmənistan rəsmiləri bildiriblər ki, bu təşəbbüs qədimdən gələn insani dəyərlərə əsaslanır və ölkənin həm daxildə, həm də beynəlxalq müstəvidə humanist siyasətini əks etdirir.
Rusiya, ABŞ və Çin Əfqanıstan uğrunda sülh yolu ilə rəqabət aparmalıdır - Taliban
Əfqanıstan müdafiə naziri Məhəmməd Yaqub Mücahid Rusiya, ABŞ və Çini ölkəsi uğrunda hərbi qarşıdurma deyil, iqtisadi və ticarət əməkdaşlığı sahəsində rəqabət aparmağa çağırıb. Mücahid bildirib ki, böyük güclər arasında qarşılıqlı güvən mövcuddur.
Kabildə Özbəkistan, Əfqanıstan və Pakistan arasında üçtərəfli görüş keçirildi
Əfqanıstanın paytaxtı Kabil şəhərində Özbəkistan, Əfqanıstan və Pakistanın xarici işlər nazirləri arasında ilk üçtərəfli görüş keçirilib.