İraq Ceyhan limanı vasitəsilə ixracı artırır
İraq cənub neft yataqlarından xam neftin avtosisternlərlə daşınması yolu ilə Türkiyənin Ceyhan limanı vasitəsilə neft ixracının gündəlik 750 min barelə çatdırılması planlaşdırılır. Bu plan eyni zamanda cənub limanları vasitəsilə də ixracın artırılmasını əhatə edir. İraq və Türkiyə strateji əhəmiyyətli İraq-Türkiyə neft boru kəməri vasitəsilə əməliyyatların davam etdirilməsi məqsədilə birillik qısamüddətli saziş imzalayıblar.
BOTAŞ Konya layihəsi üzrə tender elan etdi
BOTAŞ Konya vilayətinin Seydişehir rayonunda yerləşən Mesudiye xətt vana stansiyasında tikinti işlərinin həyata keçirilməsi üçün açıq tender proseduruna start verib. Məlumata görə, layihə çərçivəsində təxminən 460 kvadratmetr sahədə zemin düzləndirilməsi və betonlama işləri, eləcə də vana otağının tikintisi nəzərdə tutulur
BOTAŞ tender elan edib
BOTAŞ tərəfindən Antalya Sənaye Bölgəsində yerləşən “Take-Off” vana stansiyası üzrə tikinti işlərinin görülməsi üçün açıq tender elan olunub. Məlumata görə, layihə çərçivəsində təxminən 425 kvadratmetr ərazidə torpaq işləri, betonlama, betonarme yol və vana otağının inşası nəzərdə tutulur. İşlərin Antalya vilayətinin Döşemealtı rayonunda həyata keçirilməsi planlaşdırılır.
BOTAŞ Konyada inşaat işləri ilə bağlı tender elan edib
Türkiyənin BOTAŞ şirkəti Konya şəhərinin Karatay rayonunda yerləşən Acıdort Pig Stansiyasında inşaat işləri ilə bağlı açıq tender elan edib.
BOTAŞ Kahramanmaraş qaz boru xətti üçün 14 min metr polad boru alacaq
Türkiyənin BOTAŞ şirkəti “Kahramanmaraş Branşman-2” təbii qaz boru xətti layihəsi çərçivəsində polad boru satın alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsullar tenderin nəticələri açıqlandıqdan sonra 30 gün ərzində təhvil alınacaq.