Əfqanıstanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb
Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün ölkənin Bakıdakı Səfirliyində Başsağlığı kitabı açılıb. Kitabı imzalamaq və təziyələrini bildirmək üçün cümə axşamı sentyabrın 4-ü saat 10:00-dan etibarən səfirliyə müraciət etmək olar. Qeyd edək ki, Qeyd edək ki, Əfqanıstan Qızıl Aypara Cəmiyyəti zəlzələdə min 124 nəfərin öldüyünü, 3 min 251 nəfərin isə yaralandığını bildirib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Pakistan sərhədi yaxınlığındakı Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində, yerin 8 kilometr dərinliyində yerləşib və maqnitudası 6 olub.